"Birgə qurultay, sədrliyə iddialı olmayan Əli Kərimli və mən..."

24-09-2019, 20:38 287 dəfə baxılıb

 "Birgə qurultay, sədrliyə iddialı olmayan Əli Kərimli və mən..."


24 sentyabrda Beynəlxalq Mətbuat Mərkəzində AXCP-nin növbəti Qrup Toplantısı keçirilib.

Cebhe.info xəbər verir ki, toplantıda ölkədə son zamanlar baş verən siyasi proseslər müzakirə olunub, rəy və təkliflər dinlənilib. Partiya sədri Razi Nurullayev toplantıda çıxış edərək AXCP-nin üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib. Partiyanın birləşməsi məsələsinə toxunan Razi Nurullayev “Ölkədə iki AXCP-nin olması yolverilməzdir. Mənim - Razi Nurullayevin və Əli Kərimlinin rəhbərlik etdikləri AXCP-lər vahid bir partiyada birləşməlidir. Bu günümüzün, xalqımızın və demək olar ki, hər kəsin tələbidir. Birlik çağırışları edən zaman səmimi olmuşam və bu gün də bu istəyimi ürəkdən, təzyiq altında qalmadan, özüm və partiyadaşlarımın iradəsi ilə səsləndirirəm. Biz inanırıq ki, hazırkı iqtidara ciddi siyasi müqavimət təşkil etmək üçün müxalifət arasında olan çəkişmələrə, dedi-qodulara, qarşılıqlı ittihamlara son qoyulmalıdır. Əgər qarşı tərəf bizə olan hücumları və təhqirləri kənara qoysa, o zaman birləşmək üçün daha ciddi səylər göstərə bilərik”,- deyib.

Razi Nurullayevin fikrincə, AXCP-lərin birləşməsi üçün məqbul bilinən yol partiyanın vahid qurultayının keçirilməsi, AXCP-nin hər iki qanadının rəhbərlərinin, onun və Əli Kərimlinin sədrliyə iddialı olmamasıdır:

“Biz cəmiyyətə, xalqa doğru-dürüst mesajlar verək ki, xalq bizə inansın. Bundan artıq daha nə edə bilərəm ki? İndi söz Əli Kərimlidədir. Mütləq şəkildə AXCP-ləri birləşdirməliyik və intriqalara son qoymaq üçün yeni sədr seçilməlidir. Digər tərəfdən, bir nəfər nə qədər sədr kürsüsündə qala bilər? Məgər biz hökuməti buna görə tənqid etmirikmi? Bəs o zaman iqtidardan fərqimiz nədir? Qoy Əli Kərimli papağını qarşısına qoyub ciddi düşünsün! Ona “siyasətdən get” deyən yoxdur, AXCP-lərin birləşməsi naminə partiya sədrliyindən istefa versin!”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR