Deputat Hacı Salayev Kəmaləddin Heydərovla yolları ayırır?

27-09-2019, 00:00 456 dəfə baxılıb

Deputat Hacı Salayev Kəmaləddin Heydərovla yolları ayırır?

Hacı Salayevin növbəti parlament seçkilərində mandatını və nəzarətindəki şirkətləri qorumaq üçün hakimiyyətin daha güclü qanadı ilə danışıqlar apardığı bildirilir

Milli Məclisin 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən mandat alan Hacı Salayevlə bağlı AzFakt.com-a ilginc məlumat daxil olub. Həmin məlumatda vurğulanır ki, deputat Hacı Salayev ona və qardaşına hamilik edən Fövqalədə Hallar Naziri Kəmaləddin Heydərovla yollarını ayırır. Daha doğrusu Hacı Salayevin növbəti parlament seçkilərində mandatını və nəzarətindəki şirkətləri qorumaq üçün hakimiyyətin daha güclü qanadı ilə danışıqlar apardığı bildirilir.

Deputat Hacı Salayevin FHN şefi ilə yollarını ayrıması, vaxtı ilə Kəmaləddin Heydərovun himayəsində olan digər millət vəkili Əsabil Qasımovun xəyanəti kimi dəyərləndirilir. Belə ki, Fövqalədə Hallar Nazirinin himayəsində olan Əsabil Qasımovun da bir neçə il öncə Kəmaləddin Heydərova xəyanət edərək iqtidardakı daha güclü komandanın nəzarətinə keçmişdi.

Qeyd edək ki, deputatın şirkəti uzun müddətdir ki, FHN şefinin şirkətlərinin mühafizəsini həyata keçirir. Həmçinin Hacı Salayevin qardaşı general-mayor Baba Salayev də Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi vəzifəsində işləyir.

Bildirək ki, parlamentin lal deputatları siyahısında ilk onluqda yer tutan deputat Hacı Salayev övladlarının xaricdəki dəbdəbəki əməlləri ilə daim mətbuatın gündəmində olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR