İlham Əliyevin daxili qətiyyətinin xarici təzahürləri... - Real mənzərə BUDUR!!!

17-10-2019, 21:27 293 dəfə baxılıb

İlham Əliyevin daxili qətiyyətinin xarici təzahürləri... - Real mənzərə BUDUR!!!

Əslində Prezident İlham Əliyev son müşavirədəki açıqlamaları həm bu günə qədər olanlarla bağlı, həm də bundan sonra olacaqlarla bağlı mövqeyini ifadə etmiş oldu. Nə başa düşülür? İlk olaraq şərtlənəni odur ki, Prezident nə köhnə qaydaların (yazılmayan qanunların) tərəfində deyil, nə də kimlərin hansısa qayda diqtəsiylə hexsablaşmaq fikrində deyil. Təbii ki, burada diqqətçəkəni İlham Əliyevin xaricdən edilən basqılara, həm də xaricilərin diqtəsilə baş verən daxili müdaxilələrə verdiyi təpkidir.

Əslində İlham Əliyevin bu gedişlərini rahatlıqla bu gün Türkiyə Prezidentinin Suriyada nümayiş etdirdiyi reaksiya ilə də müqayisə edə bilərik. Necə ki, Ərdoğan dünyaya Türkiyənin öz göbəyini məhz özü tərəfindən kəsdiyini nümayiş etdirməkdədir, eləcə də İlham Əliyev kiçik miqyasda da olsa, Azərbaycan dövlətinin öz qaərarlarına müstəqilliyini nümayiş etdirmiş oldu.

Yəni bu vaxta qədər deyilirdi ki, Azərbaycanda hansısa qüvvələr əsas söz sahibidir və onlarn diqtəsi ilə nələrsə baş verir... İlham Əliyev isə bunun tam əksini, daha dəqiqi tam dəqiqini bir daha ifadə etdi: Azərbaycanda Azərbaycan xalqının iradəsi hakimi-mütləqdir və bu mütləqiyyətin əsas ifadəçisi var ki, o da cənab İlham Əliyevdir!

Yəni bu gün Azərbaycan xalqı İlham Əliyevə səlahiyyət verib ki, onun iradəsini ifadə etsin. Və bu gün İlham Əliyev xalqın maraq və istəklərinə yğun olaraq məhz xalqın maraqları fonunda dövləti-aliliyyənin formalaşdırılması naminə çaba sərf edir. Asandırmı?

HAŞİYƏ: Bu günlərdə görəvdən alınan Novruz Məmmədovla bağlı məqamı izahlayan ondan da keçmiş olan sabiq baş nazirimiz Artur Rəsizadənin bir açıqlaması tairxə həkk olundu desəm, yanlmaram: "Elə bilirsiniz, baş nazir olmaq asandır?"

Eyni temp və əhval-ruhiyyə ilə bu gün soruşa bilərik: "Elə bilirsiniz Azərbaycanda Prezident olmaq asandr?!

Təbii ki, YOX!!!

Və bu "yox" cavabnı tam məsuliyyəti ilə his edən Prezident İlham Əliyev hələ iqtidara gəlişinin ilk aylarında etiraf etmişdi ki, belə bir zəngin, habelə çoxçeşidli maraqların toqquşduğu ünvan olan Azərbaycanda dövlət başçısı olmaq olduqca ağlr və məsuliyyətlidir.

Bu gün Prezident Ərdoğanı devirmə istəyənlər təbii ki Prezident Əliyevə döüm nümayiş etdirməyəcəklər. Şünki İlham Əliyev son TÜRK KONSEYİnin tədarükçüsü olaraq artıq hədəfdədir. İlham Əliyev bu gün bir araya yğmağa çalışdığı türk dövlətlərinin sırasına Macarıstanla yanaşı, etruskilərin nəslindən olan İrtaliyanı, uzaq düşmüş Monqolustaı və bu kimi dövlətləri də cəlb edərsə, o zaman bütün dünya məhz Azərbaycan prezidentinin qapısına düşmüş olacaq.. bunun əksi ola da bilməz...

Yəni İlham Əliyev bu gün təkcə Azərbaycan dövlətinin yox, həm də elə bütün Türk Dünyasının siyasi taleyindən sorumludur. Necə ki, Ərdoğan Türkiyə dövlətinin rəhbəri olaraq Türk Dünyasının namusu uğrunda hərbi çaba sərf edir, bunun siyasi yönündə qollarını çrmalayanların başında məhz İlham Əliyev gəlir.

Buna görə də bu gün İlham Əliyevin hansısa daxili proseslərə hesablanmış addımlarına genəl olaraq reaksiya vermək istəyənlərə qsa şəkildə belə bir cavabı vermək olar: Adamlar, İlham Əliyev təkcə Azərbaycanı yox eee... külliyyatmızı qurtarmağa çalışır...

Bəşəriyyətin görünən mənzərəsi budur...

Məhəmməd ƏRSOY
DİA.AZ-n baş redaktoru


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR