Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏT

18-10-2019, 11:00 264 dəfə baxılıb


Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏT
Qlobal Jurnalistlər Şurasının Azərbaycanda keçirilən toplantısında Bakı Bəyannaməsi qəbul edilib.

Bu barədə Modern.az-a Şuranın qurucularından olan Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.

Yeddi bənddən ibarət Bəyannamədə Türkiyənin Suriya ilə sərhədində yaradılması düşünülən terror dövlətinə - PKK-YPG-PYD təşkilatları mənsublarına qarşı Türk Silahlı Qüvvələrinin başlatdığı “Sülh çeşməsi” (“Barış pınarı”) hərəkatına mediada dəstək, Türkiyənin bu haqlı əməliyyatına qarşı terror təşkilatı və beynəlxalq arenadakı tərəfdarlarının apardığı “qara təbliğat” əleyhinə mətbuat nümayəndələrinin lazımi həssaslıq göstərməsinin vacibliyi qeyd olunub.

Sənəddə bütün dünya jurnalistlərinə müraciət ünvanlanaraq, Ermənistanın işğaılçılıq siyasətinin Cənubi Qafqazda zülmə yol açdığı vurğulanıb, bu zülm barədə məlumatların bütün dünya mediasında yayılması istənilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR