Akif Əlizadə istefa səbəbini belə izah etdi... - "Səhhətimlə bağlı ərizə yazmışam"

23-10-2019, 11:40 283 dəfə baxılıb

Akif Əlizadə istefa səbəbini belə izah etdi... - "Səhhətimlə bağlı ərizə yazmışam"

"İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq".

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR