Moskvada Azərbaycana qarşı olanları döyən qrup...

29-10-2019, 20:58 232 dəfə baxılıb

Moskvada Azərbaycana qarşı olanları döyən qrup...

Rusiya hüquq-mühafizə orqanları tərəfindən “VKontakte” sosial şəbəkəsində fəaliyyət göstərən “VBON” (Xalq naminə) qrupunun administratoru aşkarlanaraq polisə gətirilib.

Axar.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, qrup üzvləri internet məkanında Azərbaycan və azərbaycanlılar haqqında hər hansı neqativ fikir bildirən istifadəçiləri tapıb, onlara zor tətbiq ediblər.

Rusiya mətbuatının məlumatına əsasən, qrup üzvləri əsasən Moskva və Sankt-Peterburq ərazisində “fəaliyyət” göstərib.

Polisə gətirilən qrup administratorunun adı gizli saxlanılır. Polis bunun həmən adamın təhlükəsizliyi baxımından vacib oldugunu bildirib. Saxlanılan şəxsin azərbaycanlı oldugu artıq dəqiqləşib.

İlkin dindirilmə zamanı qrup administratoru butun ittihamları rədd edib. Onun sözlərinə görə, qrup üzvlərinin döyülmə faktları ilə əlaqələri olmayıb.

“Bizə hazır videolar göndərirdilər, biz isə düşünmədən onları öz səhifəmizdə yerləşdirirdik”, - deyə o qeyd edib.

Faktla baglı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, bu qrupun Azərbaycan və azərbaycanlılara heç bir aidiyyəti olmaması və Rusiyada ölkəmizə qarşı antipatiya formalaşdırılması məqsədi ilə yaradılması istisna olunmur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR