“2 rayon Dağlıq Qarabağı Ermənistanla birləşdirdiyi üçün danışıqlarda 5 rayon müzakirə edilir...”

19-11-2019, 22:55 394 dəfə baxılıb

“2 rayon Dağlıq Qarabağı Ermənistanla birləşdirdiyi üçün danışıqlarda 5 rayon müzakirə edilir...”

“Biz Dağlıq Qarabağın müqəddəratını təyin etmək üçün Azərbaycandan müstəqillik əldə etmək hüququnu tanımalıyıq”

Moderator.az xəbər verir ki, bunu açıqlamasında MDB Ölkələri İnstitutunun direktoru, Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib. Rusiyanın birinci telekanalında qonaq olan deputata aparıcı Vladimir Pozner Qarabağa son səfəri zamanı Zatulinin Azərbaycanda kəskin tənqid olunduğunu xatırladaraq, parlamentin münaqişənin həlli üçün hansı işləri gördüyünü soruşub.

K.Zatulin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir ki, davam edir və bu münaqişənin də digər hadisələr kimi həll oluna biləcəyinə əmindir:

“Münaqişənin əsas həlli güzəştdir. Dağlıq Qarabağ Respublikası Arçax tərəfindən tanınmır, amma mövcuddur və yaşayış var. Sizə demək istəyirəm ki, heç vaxt, hər hansı bir səbəb olmadan Qarabağın Azərbaycana qaytarılmasında razılıq əldə edilə bilməz. Sovet İttifaqı dağıldığı bir zamanda belə Azərbaycanın SSR-nin sərhədləri daxilində tanınması daha da gücləndi, çünki artıq 91-ci ildə üç il idi ki, münaqişə mövcud idi və Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə tam nəzarət etmirdi. Buna görə də Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə və Azərbaycandan müstəqillik hüququ tanınmalıdır”.
Zatulinin sözlərinə görə iki rayon Dağlıq Qarabağı Ermənistanla birləşdirdiyi üçün hazırda danışıqlarda beş rayonun qaytarılması ətrafında danışıqlar gedir. Onun sözlərinə görə millətçilər iki ölkə arasındakı münaqişənin həllinə imkan vermirlər. Azərbaycanda Qarabağın bütün ərazilərinin geri qaytarılacağına inanırlar, Ermənistanda isə qan tökülərək alınan torpaqların təhvil veriləcəyinə inanmırlar.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR