İki nüfuzlu azərbaycanlı oliqarxın SEÇKİ MARAĞI...

20-11-2019, 13:40 313 dəfə baxılıb

İki nüfuzlu azərbaycanlı oliqarxın SEÇKİ MARAĞI...

Redaksiyamıza qarşıdan gələn parlament seçkiləri ilə bağlı ilginc informasiya daxil olub. Belə ki, mötəbər mənbənin DİA.AZ-a söylədiklərinə görə, qarşıdan gələn 2020-ci il Parlament seçkiləri digərləri ilə müqayisədə daha qaynar atmosferdə keçəcək ki, bunu da şərtləşdirən yetərincə məqamlar var.

Mənbənin dia.az-a söylədikləri:

"Bu seçkilərdə həm yerli, həm də xaricdəki azərbaycanlı oliqarxiya ciddi şəkildə maraqlıdır və hətta artıq indidən iki fiqurun - Türkiyədəki "Palmali" şçirkətlər Qrupunun prezident Mübariz Mənsimovun və Rusiyadakı "İntersever" Şirkətlər Qrupunun prezidenti Füzuli Məmmədovun (Frenk Elkapone) parlament seçkiləri ilə bağlı hərəkətə keçiblər. Doğrudur, Mübariz Mənsimov birbaşa seçkilərdə namizəd kimi çıxış etməsə də, dəstəklədiyi namizədləri müəyyən edərək 2020-ci ildə fəallıq nümayiş etdirəcək. Ondan fərqli olaraq Füzuli Məmmədovun birbaşa iştirak marağı da var. Doğrudur, bunu qanunlarımız qadağan edir, amma Füzuli Məmmədov özü də daxil olmaqla yeni parlamentdə 20 deputat yerinə iddialıdır".

Qeyd edək ki, Mübariz Mənsimov son zamanlar siyasi müstəvidə xüsusi aktivlik nümayiş etdirir ki, indi bunun boşundan olmadığı aydın görünür.

Eyni zamanda onun qədər də olmasa, Füzuli Məmmədovun da yetərincə fəallaşdığı görünməkdədir.

Onu da xatırladaq ki, Füzuli Məmmədov hələ mərhum Prezident Heydər Əliyevin dönəmində Azərbaycan siyasətində Xalq Vətənpərvərlər İttifaqı Partiyası (XVİP) ilə təmsil olunub və sonradan partiyasını bağlatmaq zərunda qalıb.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR