Seçkiləri müşahidə etmək üçün Azərbaycan AŞPA-ya dəvət göndərib

11-12-2019, 17:14 292 dəfə baxılıb

Seçkiləri müşahidə etmək üçün Azərbaycan AŞPA-ya dəvət göndərib


Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsi ilə əlaqədar Azərbaycan Avropa Şurasına rəsmi dəvət ünvanlayıb.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov deyib ki, Milli Məclis sədrinin imzaladığı məktub Avropa Şurasının Prezidentinə təqdim edilib: “Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi də onu deyə bilərəm ki, biz bütün beynəlxalq təşkilatlara dəvət məktubları göndərmişik. Azərbaycan müşahidə missiyalarının Bakıya gəlməsi üçün tam açıqdır. Hesab edirik ki, bu, vacib məsələdir”.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR