Kürdüstan və Türkiyə saytları Laçın köçkünlərinin qələbəsini "Qırmızı Kürdüstanın zəfəri" saydı

22-06-2015, 23:29 3255 dəfə baxılıb

Kürdüstan və Türkiyə saytları Laçın köçkünlərinin qələbəsini "Qırmızı Kürdüstanın zəfəri" saydı
Elxan Əhmədov Redaktor
















Video ya bu liknke klik edib baxa bilersiniz.[media=http://rudaw.net/turkish/kurdistan/210620156]

Xəbər verildiyi kimi, iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsnin (AİHM) Böyük Palatası Azərbaycanın Laçın rayonundan olan bir neçə məcburi köçkünün şikayətini təmin edərək, onları yurd-yuvalarından didərgin salmış Ermənistanın əleyhinə qərar çıxarıb.

Azərbaycan Xarici İşlər Nazirliyi, eləcə də bir sıra rəsmi şəxslər bu məhkəmə qərarını Azərbayan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinin beynəlxalq miqyasda növbəti dəfə tanınması faktı kimi bildirərək, olayı Azərbaycanın uğuru kimi təqdim edir və faktın gələcək danışıqlar prosesində əlimizi gücləndirəcəyini vurğulayırlar.

Maraqlıdır ki, AİHM-in bu qərarını təkcə biz yox, hazırda Quzey İraqın kürd hakimiyyətinə yaxın informasiya vasitələri də zəfər kimi təqdim edib: ancaq Azərbaycan Respublikasının deyil, “Qırmızı Kürdüstan”ın zəfəri kimi!

Strateq.az bildirir ki, kürdlərin informasiya portalı rudaw.net AİHM-n bu qərarını “Avropa İnsan Haqları Məhkəməsi Laçın bölgəsində (“Kürdüstana Sor” – “Qırmızı Kürdüstan”) yaşayan və Ermənistan tərəfindən sürgün edilən kürdləri haqlı saydı” formasında təqdim edib.

Daha sonra “Qırmızı Kürdüstan” haqqında qısa məlumat verən portal bilridirir: “Paytaxtı Laçın olan Qırmızı Kürdüstanın Dağlıq Qarabağ bölgəsində Ermənistan-Azərbaycan arasında 1991-94-cü illərdə baş verən müharibədə 30 min adam həyatını itirib. Döyüşlərdə 750 min azəri yerindən olub, 390 min erməni də Azərbaycandan didərgin düşüb. Yurd-yuvasından didərgin salınıb Bakıya sığınanlardan 10 mini isə kürd idi”.

Göründüyü kimi, kürdlərin rəsmi informasiya saytı hesab olan portalda Laçın qaçqınlarının xeyrinə Avropa Məhkəməsində alınan qərar məhz “Qırmızı Kürdüstanın zəfəri” kimi təqdim olunur. "Kürd kartı"nın böyük güclərin əlində əsas siyasi oyun predmetinə çevrildiyi bir ərəfədə, bu hadisə və onun bu sayaq təqdimatı, istər-istəməz, müəyyən şübhələrə və suallara yol açır: Əcəba, illərlə Azərbaycan ərazilərinin işğal olunması faktına göz yuman Avropanın indi nədən həqiqəti müdafiə etmək yadına düşüb? Olmaya, bu işdə də Azərbaycan əleyhinə hansısa məkrli plan var? Görəsən, AİHM-nin verdiyi qərarda iddiaçı laçınlı köçkünlərin etnik mənşəyi məsələsi nə kimi rol oynayıb? Bu qərardan Dağlıq Qarabağla bağlı danışıqlarda nə kimi istifadə ediləcək?

Qeyd edək ki, “Qırmızı Kürdüstan” ifadəsi təsadüfən ortaya atılmış ideya deyil. Laçın rayonu ərazisində, həqiqətən, 1923-cü ildə belə bir muxariyyatlıq yaradılıb, ancaq Mustafa Kamal Atatürkün və İran şahı Məhəmməd Rza Pəhləvinin Stalinlə şəxsi danışıqları nəticəsində 1929-cu ildə ləğv olunub.

Kürdlərin tarixində ilk qondarma dövlət hesab olunan “Qırmızı Kürdüstan” indi post-sovet məkanında yaşayan kürd millətçilərinin ən böyük ideallarına çevrilib. Yenidən o muxtariyyatlığı qurmaq və müstəqillik elan etmək iddiasıyla ortaya çıxan kürd separatçıları bu mübarizələrini əsasən beynəlxalq arenalarda davam etdirirlər. Bu məqsədlə eyni adlı məcmuələr çıxarır, toplantılar keçirirlər...

İndi – Dağlıq Qarabağla bağlı sülh danışıqlarının intensivləşdiyi, eləcə də Türkiyədəki seçkilərdə kürdlərin partiyası olan HDP-nin ciddi siyasi uğur qazandığı və “Böyük Kürdüstan” proyektinin aktuallaşdığı bir ərəfədə bu məsələnin gündəliyə gətirilməsi təsadüfi sayla bilməz və Azərbaycan tərəfi mütləq şəkildə mövzunu diqqətdə saxlamalı, işin qaranlıq tərəfləri barədə ictimaiyyəti məlumatlandırmalıdır.Kürdüstan və Türkiyə saytları Laçın köçkünlərinin qələbəsini "Qırmızı Kürdüstanın zəfəri" saydı
Kızıl Kürdistan için karar
Avrupa İnsan Hakları Mahkemesi (AİHM), Laçin bölgesinde (Kurdistan a Sor – Kızıl Kürdistan) yaşayan ve Ermenistan tarafından sürgün edilen Kürtler’i haklı buldu.
Strasbourg’da görülen davada AİHM, Ermenistan’a dava açan ve sürgün edildikleri bölgelerine geri dönerek, zararlarının telafi edilmesini isteyen 6 Kürt lehine davayı sonuçlandırdı.

Sözkonusu Kürtler, 1992’de Ermeniler tarafından Laçin’den çıkarılıp, Bakü’ye sürgün edilmişlerdi.

AİHM, Ermenistan yönetiminin mültecilerin haklarını ihlal ettiğine hükmetti.

Mahkeme ayrıca yüzbinlerce mültecinin yaşadıkları bölgeye geri dönmesinin ve tazminat almasının Ermenistan için engel teşkil etmediğini karara bağladı ancak tazminat miktarlarını netleştirmedi.

Başkenti Laçin olan Kızıl Kürdistan’ın Dağlık Karabağ bölgesinde Ermenistan-Azerbaycan arasında 1991-94 yıllarında yaşanan savaşta yaklaşık 30 bin kişi hayatını kaybetti. Çatışmalarda 750 bin Azeri yerinden olurken, 390 bin Ermeni de Azerbaycan’dan kaçmak zorunda kaldı.

Yerlerinden olanların 10 binini ise Kürtler oluşturuyor.(Rudaw)



Kaynak: http://www.haberdiyarbakir.com/kizil-kurdistan-icin-karar-68340h/#ixzz3dog4urjf


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR