Yəvər Camalovun oğlununu zorla deputat etmək istəyirlər-ŞİRVANDA

22-01-2020, 09:16 394 dəfə baxılıb

Yəvər Camalovun oğlununu zorla deputat etmək istəyirlər-ŞİRVANDA

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Təşəbbüs hakim Yeni Azərbaycan Partiyasından gəlib. YAP-ın Siyasi Şurası hesab edir ki, Azərbaycan parlamentinin yeniləşməsi Prezidentin apardığı islahatların konsepsiyasının uğurla həyata keçirilməsi üçün vacibdir.
Parlamentimiz yenilənəcək, gəncləşəcək, daha çevik, dinamik və iş qabiliyyətli olacaq, onun sifəti dəyişəcək, daha intellektual, praqmatik, texnokrat olacaq.

Lkin bəzi məmurlar seçkiyə müdaxilə edərək prosesin demokratik keçiriləcəyinə vətəndaşlarda inamsızlıq yaradırlar.
Məsələn Şirvanda yerli məmurlar bütün resurslarını Mərdan Camalovun qardaşı oğlu RəşadCamalovun təbliğatına yönəldiblər. Şəhərdə belə bir fikir formalaşıb ki, artıq o “seçilib” və başqalarının namizədliyi sadəcə formal xarakter daşıyır.
Yanvar ayının 17-də Şirvan Şəhər Mədəniyyət Evində Rəşad Camalovla seçicilərin “görüşü” baş tutub. Görüş deyəndə ki, vətəndaşları gəlməyə məcbur ediblər.
İcra başçısının müavini Məharət Mustafayev xüsusilə canfəşanlıq edərək müəllimlərin görüşə gəlməsinə yardımçı olub.
Yəni öz istəyi ilə gələn yoxdur. Rəşad Camalovu yerli vətəndaş nə tanımır, nə də onun parlamentdə təmsilçiliyini istəmir.
Ümümiyyətlə Şirvan əhli Camalovlar klanının əlindən zinhara gəlib.
Dövlətin kasıb təbəqəyə ayırdığı pullar kimlər tərəfindənsə “yeyilir”. Buna görə kiçik məmur olan Aqil Vəliyev həbs edilir. Ancaq onu bu cinayətə vadar edənlər cəzasız qalır. Hətta əksinə, mövqelərini gücləndirmək üçün qohumlarını parlamentə saldırmaq istəyirlər.
Amma o dövran gedib. Prezident növbədənkənar seçk ilə bağlı qərar verərkən parlamentdə xalqın inandığı, savadlı, perspektivli şəxslərin təmsil olunacağını düşünüb. Yoxsa seçici ilə görüşə mühafizəçilərlə gələn Rəşəad Yavər oğlu Camalovu yox. Bu şəxs vətəndaşlarda nifrət və hiddətdən başqa heç bir duyğu oyatmır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR