Azərbaycanda korrupsiya azalıb - HESABAT

23-01-2020, 17:07 176 dəfə baxılıb

“Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdim edib.

"Report"un xəbərinə görə, 2019-cu il üzrə Azərbaycan KQİ-də 30 balla 180 ölkə arasında 126-cı sırada yer alıb.


Azərbaycanda korrupsiya azalıb - HESABAT




2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşmışdı.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) tərtib etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir.

Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.

Son 5 ildə Azərbaycanın göstəriciləri aşağıdakı kimi olub:

İllər KQİ balı Qlobal sıralamada yeri KQİ-də ölkələrin sayı
2019 30 126 180
2018 25 152 180
2017 31 122 180
2016 30 123 176
2015 29 119 168


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR