DSK Ağazadənin tələbini təmin etmədi - Səslər yenidən sayılmayacaq

7-11-2015, 14:03 763 dəfə baxılıb

DSK Ağazadənin tələbini təmin etmədi - Səslər yenidən sayılmayacaq











III Xətai seçki dairəsi 35 saylı Dairə Seçki Komissiyası (DSK) bu gün Ümid Partiyasının sədri, bu dairədən deputatlığa namizəd İqbal Ağazadənin səslərin yenidən sayılmasına dair müraciətinə rədd cavabı verib

Virtualaz.org saytı 35 saylı DSK-nın nümayəndəsinə istinadən xəbər verir ki, İ.Ağazadə bir neçə gün öncə komissiyaya şikayət məktubu ilə müraciət edib.

İqbal Ağazadə MSK-ya həmin müraciətində sözügedən dairədəki 17, 18 və 26 saylı seçki məntəqələrindəki səsvermənin nəticələrinin ləğv olunmasını xahiş etmişdi.

Ekspert qrupunun araşdırmaları zamanı məlum olub ki, müraciət MSK-ya ünvanlanarkən qanunvericiliyin hazırda qüvvədə olan tələbləri pozulub. Buna görə də MSK müraciəti baxılması üçün DSK-ya qaytarıb.

Xatırladaq ki, səslərin sayılmasının ilkin nəticələrinə görə, noyabrın 1-də keçirilmiş parlament seçkilərində Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə əvvəllər bu dairədən bir neçə dəfə deputat olmuş İ.Ağazadəni qabaqlayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR