“Aykakan Jamanax”: Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq istəyirlər

10-11-2015, 13:16 725 dəfə baxılıb

“Aykakan Jamanax”: Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq istəyirlər

















İrəvana səfərin əsas mövzusu bu idi”

Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni pərdəarxası proses baş verir, bu prosesin əsas təşəbbüskarı isə Rusiyadır. Söhbət bir neçə Qarabağ rayonunun Azərbaycana qaytarılmasından gedir.

Bu barədə erməni qəzeti “Aykakan Jamanax” yazıb.

Qəzetin yazdığına görə, hökumətdə olan mənbələrdən alınan məlumata əsasən, Rusiya Ermənistanı bir neçə rayonu qaytarmağa razı salmağa çalışır, bunun sayəsində isə Azərbaycandan Avrasiya İqtisadi İttifaqına daxil olmağa razılıq əldə edəcəyinə ümid edir.

“Mənbələr iddia edirlər ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun İrəvana dünənki səfərinin əsas mövzusu məhz bu olub”,- “Aykakan Jamanax” yazır.

Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası əsasında yaranıb. Dağlıq Qarabağ və yeddi ətraf rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR