Azərbaycan paytaxtında erməniyə məxsus şirkət mükafatlandırıldı...

23-02-2020, 23:54 247 dəfə baxılıb

Azərbaycan paytaxtında erməniyə məxsus şirkət mükafatlandırıldı...

Bakıda erməni iş adamına məxsus şirkət mükafata layiq görülüb.

Bu, fevralın 20-də Azərbaycan paytaxtında keçirilmiş KİA markalı avtomobil satış təmsilçilərinin mükafatlandırma mərasimində bəlli olub. Mərasimdə "2019-cu ilin ən yaxşı KİA ehtiyat hissələri və aksesuarları satışı" nominasiyası üzrə mükafat "AUTORUS Butovo" adlı Rusiya dillerinə verilib.

Araşdırmamız da təsdiqlədi ki, sözügedən şirkətin sahibi erməni əsilli Karakenyan Valeriy Baqakoviçdir.

Diqqəti cəlb edən ən ciddi məqamlardan biri də budur ki, mükafat məhz 20 fevralda təqdim olunub. 1988-ci ilin bu günündə Xankəndində fevralın 13-dən başlayan Azərbaycan əleyhinə kütləvi mitinqlərinn nəticəsi olaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Şurasının erməni nümayəndələri Azərbaycandan ayrılıb Ermənistana birləşmək haqqında qərar qəbul edib. Erməni nəşrləri bu məqamı xüsusi fəxr və istehza ilə vurğulayırlar...moderator.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR