Ödənişli təhsil alan tələbələrə də təqaüd veriləcək

11-11-2015, 14:02 1017 dəfə baxılıb

Ödənişli təhsil alan tələbələrə də təqaüd veriləcək

















“Bu sərəncam bütün tələbələr üçün bərabər start imkanları verir”

Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov Prezident İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərlə bağlı dünən imzaladığı sərəncamı şərh edib.

azinfo.tv xəbər verir ki, Modern.az-ın məlumatına görə, sərəncamı şərh edən Cəsarət Valehov bildirib ki, ilk növbədə istər dövlət sifarişi ilə, istərsə də ödənişli şərtlərlə təhsil alan ali və orta ixtisas müəssisəsinin tələbəsi təqaüd almaq imkanına sahib olacaq.

“Bir şərtlə ki, semestrin nəticələrinə görə akademik göstəriciləri yüksək olsun. Bu sərəncam təqaüdün həqiqi təyinatını ortaya qoydu. Yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradacaq, yuxarıdan aşağı akademik göstəriclərə görə tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək.

Yəni istər özəl, istərsə də dövlət ali və orta ixtisas təhsil müəssisələri olsun dövlət sifarişi olan ixtisaslar üzrə təqaüdü həm bu sifarişə əvəllcədən sahib olan, həm də ödənişli ixtisaslarda oxuyan tələbələr ala bilərlər.Yəni indiyə qədər mövcud olan dövlət sifarişinə əvvəlcədən sahib olaraq sonadək bu imtiyazı saxlamaq (tələbənin oxuyub-oxumamağından asılı olmayaraq) məsələsi ortadan qalxır. Əsas şərt akademik göstəricini qorumaqdır.

İkinci mühüm məsələ məcburi köçkün,şəhid ailəsi və digər bu kimi imtiyazlı ailələrin övladlarına təqaüdün verilməsi məsələsidir ki, bu da sərəncamın daha çox sosial mahiyyətini ortaya qoyur. Yəni indiyədək bu zümrədən olan tələbələrin dövlət tərəfindən ancaq təhsil haqqı ödənilirdisə, bu sərəncam ona imkan verəcək ki, həmin qrup tələbələr həm də təqaüd ala bilsinlər.

Bir sözlə, bu sərəncam bütün tələbələr üçün bərabər start imkanları verir. Ancaq birinci semestr istisna olmaqla bütün tələbələr oxuyaraq, haqq edərək təqaüd (özü də ən yüksəkdən başlayaraq) qazana bilər. Artıq əvvəlcədən müəyyənnləşdirilmiş deyil, fərqlənənlər təqaüd ala biləcəklər.

Yeri gəlmişkən bir şeyi qeyd edim ki, bu sərəncamla edilən dəyişikliklər doktorantlara və ilk -peşə təhsili müəssisələrinin şagirdlərinə aild deyil”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR