Bir xanımın əlində əsir-yesir qalan başçı

6-07-2015, 17:24 329 dəfə baxılıb

Bir xanımın əlində əsir-yesir qalan başçı













Gülməlidir, bir xanımın əlində "əsr-yesir" qalan başçı camaatdan deputat olmaq üçün neçə səs alacaq? Bu üzlə də seçkiyə getmək olarmı?

Ağsuda özbaşnalıqlar sərhəd tanımır. Rayonda baş verən müxtəlif qanunsuzluqlarla bağlı ölkə mətbuatında dəfələrlə yazılıb. Ancaq bunlara baxmayaraq hakimiyyət Ənvər Seyidəliyevi başqa icra başçıları kimi rayonlara "ekstradisiya" edə bilmir. Bu günü Ağsulular səbirsizliklə gözləyirlər. Hətta onlar qurban kəsəcəklərini də gizlətmirlər. Lakin bununla yanaşı Ənvər Seyidəliyevin hər hansı rayona icra başcısı təyin ediləcəyini də arzulamırlar. Çünki rayon sakinləri yaxşı bilirlər ki, Ənvər Seyidəliyev özbaşnalıqlarını digər rayonlarda da həyata keçirəcəkdir.

Ənvər Seyidovun vəzifə pillələri

Ağsunun icra başcısı Ənvər Seyidəliyevin qanunsuz əməlləri ilə bağlı keçən sayımızda da məlumat vemişik. Ənvər Seyidəliyev Ağsu rayonunun Pirhəsənli kəndindən olmağına baxmayaraq ağsululara sözün həqiqi mənasında qənim kəsililb. 1975-ci ildə Azərbaycan Politexnik inistitutunu bitirən Ağsunun hazırkı icra başçısı müxtəlif vəzifələrdən sonra 2007-ci ildə Cavid Qurbanovun "Azəryolservis" ASC-də idarə rəisliyindən birbaşa "taxta" çıxarılıb. Beləliklə də Ənvər Seyideliyev 8 ildir ki, Ağsuda hakimi - mütləqdir. Ağsulular Ənvər Seyidəliyevi icra başçısı olduğu müddətdə rayonun inkişafı üçün bircə müçbət işini belə xatırlamırlar. Hər kəs onu Ağsuda "xaç atası" kimi tanıyır, rayonda hansı ərazini neçəyə satmasından danışılır. Fəaliyyəti yalnız rayonda qohum-əqrabalarını başına toplamaqla camaatı soyub talamaqla məşğul olmasıdır. Elə buna görə də, Ənver Seyidəliyev "xaç atası" ləqəbini qazanıb.

Rayonda pul yığımı

Hazırda Ağsu rayonunun idarə və müəssisə rəhbərlərinin, həmin rayon iş adamlarının icra başçısı Ənver Seyidəliyevdən narazılığı pik həddindədir. Buna səbəb başçının yeni pul toplama kampaniasıdır. Belə ki, Ağsudan daxil olan məlumata görə, başçı, rayonun bütün idarə və təşkilatlarından, həmçinin özəl sektorda çalışan bütün ortabab dükan və marketlərdən pul toplamağı davam etdirir.Təbii Birinci Avropa oyunlarının bahənəsi ilə...

Məlumata görə icra başçısı, bu məqsədlə dövlət idarələrinin rəhbərlərindən və özəl sektorda çalışanlardan külli miqdarda pul tələb edib. İcra başçısı bu pulları yuxarlara verəcəyini, keçirilən tədbirlərə sərf olunacağını deyib. Tələb olunan məbləğin hər bir idarə və təşkilatdan, həmçinin özəl sektor obyektindən 2000 manat civarında olduğu deyilir. Özəl sektorda çalışanlar başçının bu özbaşnalığına etiraz etsələr də onlara bildiriblər ki, pulu verməsələr, ciddi problemlərlə üzləşəcəklər. Bundan başqa, icra başçısı məmurlara bir sıra tapşırıqlar da verib. О bildirib ki, ilin 9 aylığı ilə bağlı hesabatlar hazırlanmalıdır. Həmin hesabatlara əsasən hansı dövlət müəssisəsində nöqsanlar varsa, idarənin rəhbərliyi cəzalandırılacaq .

Məlumatda bildirildiyinə görəjcra başçısının bu addımı əslində müəssisə rəhbərlərinə mesajdır.Ojdarə rəhbərlərini nöqsanları ilə hədələməklə tələb etdiyi məbləği tərəddüdsüz vermələrinə məcbur edir. О da qeyd olunur ki, icra başçısının növbəti pul yığımı rayonda kütləvi narazılığa səbəb olub .

Ənvər Seyidəliyevin karxana əməliyyatı

Ənvər Seyidəliyev rayondakı keçmiş RTS-in həyətində özünə daş karxanası yaradıb . Həmin karxana ilboyu icra başcısının əsas gəlir mənbələrindən biridir. Bir vaxtlar RTS-in müdiri olmuş Ənvər Seyidəliyev elə həmin yeri özəlləşdirdikdən sonra, yaratdığı daş sexi ilə də qazanc əldə etməyə başlayıb. Rayonda yolların qıraqlarına səki çəkmək üçün daşlardan istifadə yalnız Ənvər Seyidəliyevin sexindən gətirilə bilər.

Əks təqdirdə icra başcısının qəzəbinə tuş gəlmək mümkündür. Həmin "bradyor" ları dövlətə ustalıqla satan icra başcısı bundan böyük miqdarda pul qazanır. Daha doğrusu, Ağsunun icra başcısı büdcənin pulunu və yaxud rayonun infrastrukturu üçün ayrılan vəsaitləri götürüb, rahatlıqla cibinə qoyaraq öz kefindədir.

Boğaza yığılan xalq

Qeyd edək ki.Ağsu rayonunun icra başcısı Ənvər Seyidəliyev Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümovun dayısıdır. illərdir eyni vəzifədə qala bilməsinin səbəbi də bacısı oğlunun yüksək ranqlı məmur olmasıdır. Elə buna görədir ki, rayonda Seyidəliyevin həyata keçirdiyi özbaşnalıqlar camaatın canını boğazına yığıb. Ağsunun əksər kəndlərində əhalinin sosial-məişət problemləri dəhşətli vəziyyətdədir. Rayonun bir neçə kəndləri mərkəzdən demək olar ki, təcrid olunub. 21-ci əsr olmasına baxmayaraq, Ağsunun Pirhəsənli kəndini çıxmaqla digər kəndlərin məktəb, xəstəxana, qaz, içməli su, yol, işıq və poçt xidmətinin üzünə həsrət qalıblar. Kəndlərdə sosial -iqtisadi vəziyyətin ağırlığı ucbatından əhali kütləvi şəkildə ev-eşiklərini tərk etmək məcburiyyətində qalıblar. Kəndlərdə əsas problemlər sırasında yanacaq məsələsi dayanır. Sovet ittifaqı dağıldıqdan sonra qaz üzünə həsrət qalan əhali odun sobaları ilə qızınırlar. Nəticədə kəndin yaxınlığında yerləşən meşələr məhv edilir. Halbuki Ənvər Seyidəliyev dəfələrlə yuxarı dairələrə hesabat göndərərək iddia edib ki, rəhbəri olduğu rayonda heç bir problem yoxdur. Əgər doğurdan da Ənvər Seyidəliyevin dedikləri kimi rayonda heç bir problem mövcud deyilsə, о zaman ağsulular İcra başçısından niyə narazıdırlar? Rayonda istənilən qədər problemlər var ki.onların hamısı sənəd üzərində həll edilmiş göstərilsə də, reallıqda bu öz əksini tapmır. Ənvər Seyidəliyevə qaldıqda isə rayonun problemlərinin ona qəti adiyyatı yoxdur. Çünki bacısı oğlu Səlim Müslümov Bakıda onun problemlerini rahatlıqla həll edə bilir.

Tayfa işğalına məruz qalmış Ağsu

Ənvər Seyideliyevin Ağsunun icra başcısı vəzifəsindən gedəcəyi barədə məlumatlar hələ ki.öz təsdiqini tapmır. Ancaq rayonda əhalinin vəziyyəti acınacaqlı duruma düşüb. Xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə verilən subsidiyalar icra başcısının tayfası tərəfindən mənimsənilir. Ağsuda və onun kəndlərində iş yerləri demək olar ki yoxdur. Tikinti-quruculuq adı ilə rayonda bir neçə şəxsi obyektlər tikilib ki, bunun da camaata heç birfaydası dəymir. Buna baxmayaraq yenə də törədilən özbaşnalıqlar rayon ictimaiyyətinin narazılığını getdikcə artırır. Ağsuda bütün məsul rəhbər vəzifələri də məhz Ənvər Seyidəliyevin qohumları və həmkəndliləri arasında bölüşdürülüb. Bir sözlə Ağsu bu gün barıt çəlləyinə çevrilib.Quba -Ismayıllı hadisələrinin bu rayonda baş qaldıracağı günü bizlərə gözləmək qalır.

Bir xanımın əlində əsir-yesir qalan başçı

Redaksiyamıza dahil olan məlumatda bildirilir ki, Ənvər Seyidəliyev bir xanımın əlində əsir-yesir qalıb. Neçə deyərlər, keçmiş bir günahı onu qaraba-qara izləyir. Deyilənə görə, Ənvər Seyidəliyev bir neçə il bundan əvvəl bu xanımı aldadaraq ailəsini dağıtmış, hətta evini belə satmağa vadar etmişdir. İndi həmin xanım bir azyaşlı körpəsi ilə "Palıd meşəlikləri" deyilən yerdə məskünlaşıb. Onun qorxusundan hətta başçı öz taxtı taçında belə rahat əyləşib hökmüranlığını edə bilmir. Daim səksəkə içərsindədir. Ağsuda bu əhvalatı bilməyən yoxdur. Hətta icra hakimiyyətində belə söz-söhbət bu barədədir. Deyilənə görə bu yaxınlarda həmin xanım icra hakimiyyətinə gələrək başçını "yaxalamaq" istəyib. Təsədufən həmin xanımla qarşılaşan Ənvər Seyidəliyev çıxış yolunun qaçmaqda görüb, Bu hadisə icra hakimiyyəti işçilərinə də baha başa gəlib. Xüsusi ilə mühafizəçi polislər çiddi danlağa məruz qalıb. Deyilənə görə başçı о hadisədən sonra şəhərə belə çıxıb gəzməyə çəsarət etmir. Bu söz-söhbət hətta başçının ailəsinə, xüsusi ilə nazir baçısı oğluna belə çatıb. Bu xanım jurnalistin qəflətən peyda olması Ənvər Seyidəliyevin əhvalını əməlli başlı pozub. Deyilənə görə Ənvər Seyidəliyev indi də milli məclisə göz dikib. Qarşıdan gələn parlament seçkilərində iştirak etmək iddiasındadır. Gülməlidir, birxanımın əlində "əsr-yesir" qalan başçı camaatdan deputat olmaq üçün neçə səs alacaq? Bu üzlə də seçkiyə getmək olarmı?

Növbəti sayımızda bu barədə geniş açıqlamanı oxuya bilərsiniz.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR