Əhməd Əhmədzadə: Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası sayəsində Azərbaycan böyük uğurlara imza atmışdır
Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır
Danılmaz həqiqətdir ki, hər bir xalqın və dövlətin taleyində, xüsusən də onun inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda böyük nüfuza malik liderə ehtiyac duyulur. Bu gün ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı kimi Prezident İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır.
Son illərdə dövlətə rəhbərlik fəaliyyətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olunmuş, Azərbaycanda dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemi formalaşdırılmış, bu sistemin xalqın mənafeyinə uyğun intensiv fəaliyyəti təmin edilmişdir.
Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır. Artıq keçid dövrünü geridə qoyan respublikamızın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur ki, bu mərhələdə də əsas məqsədlərdən biri uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.
Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələrilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də davam etdirilən siyasi kurs düzgün istiqamətdədir. Son on il ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.
Son on ildə Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmləndi, ölkəmizin dünyadakı nüfuzu artdı. Dövlət başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olundu. Azərbaycan regionun lider dövlətinə çevrildi. Həyata keçirilən qlobal və regional layihələr ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirdi. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti son on ildə müasir müstəqil Azərbaycanın devizinə çevrildi. Həyata keçirilən inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss etməyə başladı. Çünki dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandı.
Keçilən yolu, qazanılan nailiyyətləri xatırlamaq gərəkli idi: çünki görülən işlər görüləcək işlərin zəminidir. Bu inkişaf qaçılmazdır və onun dinamikasının daha da yüksələcəyi tam əsaslandırılıb. Tək bir şərt var: müstəqillik yolundan dönməmək! O cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli də Prezidentin fəaliyyət prioritetidir: illərin bu dəyişməz hədəfi artıq qarşıdakı illərdə real nəticələrini verməlidir.
Dövlət üçün iqtisadi müstəqillik ən vacib faktorlardandır. Prezident İlham Əliyev hələ illər öncə bunun təmini üçün siyasət formalaşdırdığını belə vurğulayıb: “İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi”. Bir sözlə, Azərbaycan Prezidenti iqtisadi inkişafı sırf müstəqil siyasətin məntiqi nəticəsi kimi dəyərləndirir və bunu siyasi müstəvidə həyata keçirilən işlərə kömək edən vacib amil sayır. Dövlət başçısı İlham Əliyevin cəmiyyətə, dünyaya mesajları dolğun, hərtərəfli və əsaslandırılmışdır. Prezident xalqına gələcəyə nikbinliklə baxmağı tövsiyə edir, Azərbaycanın daha güclü dövlət olacağını bildirir; xalqın növbəti etimadının ona yeni təşəbbüslər irəli sürməyə stimul verdiyini vurğulayır. Şübhəsiz, geridə qalan zaman ərzində bu missiyanın da uğurla həyata keçəcəyinə şahid olacağıq. Necə ki, ötən illər kontekstində Prezident İlham Əliyevin sözünə də, əməlinə də, fəaliyyətinə də tam qiymət vermək mümkündür.