Azərbaycan və Ermənistan prezidentləri dekabrda görüşə bilərlər

19-11-2015, 11:37 696 dəfə baxılıb

Azərbaycan və Ermənistan prezidentləri dekabrda görüşə bilərlər

















“Bu görüşün hansı gün keçiriləcəyi barədə qəbul olunmuş qaydalar üzrə məlumat veriləcək”

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü çox güman ki, dekabrın əvvəlində baş tutacaq.

azinfo.tv RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə erməni parlamentinin vitse-spikeri, hakimiyyətdə olan “Ermənistan Respublika partiyası”nın mətbuat katibi Eduard Şarmazanov partiyanın iclasından sonra bildirib.

“Prezidentlərin görüşü yaxın həftələrdə baş tutacaq. Dekabrın əvvəlində Əliyev-Sarkisyan görüşünün mümkün olacağını güman edirəm. Bu görüşün hansı gün keçiriləcəyi barədə prezident aparatı qəbul olunmuş qaydalar üzrə xəbər verəcək”, - Şarmazanov deyib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriye (Fransa) 26-28 oktyabr tarixlərində münaqişə regionuna səfər ediblər.

Səfərin nəticələrinə görə vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonuna qədər yüksək səviyyədə görüş keçirməyə hazır olduqlarını təsdiqləmələri barədə bəyanatla çıxış ediblər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR