Müəllimə “fond pulu”na görə şagirdi döydü - ABŞERONDA TƏHSİL RƏZALƏTİ

24-11-2015, 09:23 872 dəfə baxılıb

Müəllimə “fond pulu”na görə şagirdi döydü - ABŞERONDA TƏHSİL RƏZALƏTİ









Abşeron rayonu, Bəxtiyar Cəfərzadə adına 3 saylı orta ümumtəhsil məktəbində müəllimə “fond pulu”nu gətirmədiyinə görə şagirdi döyüb

Savash.org-un hadisəylə bağlı əldə etdiyi məlumata görə, aşağı sinif şagirdi müəlliməsinə acdığını və bufetə getməsi üçün icazə verməsini xahiş edib. Elə bütün həngamə də bundan sonra başlanıb. Adının Telli olduğunu öyrəndiyimiz müəllimə “özünə xərcləməyə pul tapırsan, amma məktəbdən tələb olunan pulu gətirmirsən” deyərək şagirdin 5 manatını zorla əlindən alıb.

Qeyd edək ki, baş vermiş insidentlə bağlı sözügedən məktəbin direktoru Sevinc xanım məlumatlandırılsa da o şagirdini pula görə döyən müəlliməylə bağlı hər hansı tədbir görməyib.

Bildirək ki, bu adıçəkilən məktəblə bağlı ilk belə hal deyil. Buna qədər də Abşeron rayonu, Bəxtiyar Cəfərzadə 3 saylı orta ümumtəhsil məktəbində şagirdlərdən müxtəlif adlar altında pul tələb olunmasıyla bağlı şikayətlər daxil olub.

Hesab edirik ki, Təhsil Nazirliyi və digər müvafiq orqanlar təhsil adına rəzalət olan bu halla bağlı qanunun tələb etdiyi addımları atacaqlar.

Mövzu diqqətimizdədir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR