Vidadi İsayevlə Elmira Şükürovanın mənzil biznesi-SKANDAL

24-11-2015, 10:14 985 dəfə baxılıb

Vidadi İsayevlə Elmira Şükürovanın mənzil biznesi-SKANDAL

















Təhsil şöbəsinin müdiri hələ iki il bundan əvvəl qaçqınlar üçün tikilmiş binanın 30 mənzilini icra başçısından alıbmış

Hələ bir müddət əvvəl Bərdə rayonunda bir qrup məcburi köçkün etiraz aksiyası keçirərək, onlara çatmalı olan mənzillərin başqalarına verilməsinə sərt münasibət bildirmişdilər. Bərdə rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşan həmin şəxslər haqlarını tələb etsələr də, polis gücünə aksiyaları dağıdılmışdı. Amma buna baxmayaraq, etirazlar daha bir neçə dəfə təkrarlandı və sonradan ara sakitləşdi.

Redaksiyamız xəbər verir ki, Bərdə baş verən olayların əsas mahiyyəti zaman içində açılmağa başlayıb. Məlumatlara görə, məcburi köçkünlərin etirazlarını bildirməsi və icra başçısı Vidadi İsayevin qəzəblərinə tuş gəlməsinin səbəbi elə mənzillərin satılması ilə bağlı olub. Mənbə bildirir ki, Bərdənin icra başçısı Vidadi İsayev hələ iki il bundan əvvəl məcburi köçkünlər üçün rayonda inşa edilən binaların bir hissəsini o zamanlar Ağdamın, hazırda isə Kəlbəcərin təhsil şöbəsinin müdiri işləyən Elmira Şükürovaya satıb.

Elmira Şükürova həmin vaxt icra başçısına bu mənzillər üçün 150 min manat pul ödəyib. Qeyd edilir ki, pulla alınmış mənzillərin sayı isə 30 olub.

Mənbə bildirir ki, məcburi köçkünlər üçün tikilən binadan 30-a yaxın mənzil almış Şükürova isə verdiyi pullarını çıxarmaq üçün onları satmağa başlayıb. Hazırda satış prosesinin başa çatdığını bildirən qaynaq qeyd edir ki, təhsil şöbəsinin müdiri hər mənzil üçün 15 min manat alıb. Bu isə təqribən 450 min manat deməkdir.

İşin ilginc tərəfi odur ki, Elmira Şükürovanın mənzil satdığı şəxslərin böyük əksəriyyəti heç də məcburi köçkün deyil. Onların arasında başqa rayondan olan şəxslər də var.

Qarşı tərəfi də dinləməyə hazırıq.

ANONS

- Elmira Şükürova Ağdamın təhsil şöbəsinin müdiri işləyəndə Bərdədəki obyektlərini kimdən almışdı?

- Ağdam-Bərdə yolunun üzərindəki böyük mal-qara ferması niyə satılıb?

- Şükürovanın Gəncə Apellyasiya Məhkəməsində işləyən oğlu kimə 200 min manat borclu olub?

Bu və digər mətləblərlə yaxın günlərdə tanış ola biləcəksiniz.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR