Lukaşenko: Azərbaycan hər zaman Belarusa güvənə bilər

28-11-2015, 14:02 909 dəfə baxılıb

Lukaşenko: Azərbaycan hər zaman Belarusa güvənə bilər
















“Bilin ki, burda sizin dostlarınız var”

Azərbaycan hər zaman Belarusa güvənə bilər

APA-nın xəbərinə görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə bildirib. Çətin vaxtlarda Azərbaycanın göstərdiyi dəstəyi xatırladıqlarını deyən Belarus prezidenti yardıma görə Azərbaycan prezidentinə minnətdarlığını ifadə edib.

A. Lukaşenko Azərbaycan və onun xalqına hər zaman yüksəklərdə olmağı, qarşılaşdığı çətinlikləri dəf etməyi arzulayıb:

“Bilin ki, burda sizin dostlarınız var”.

Belarus prezidenti qeyd edib ki, iqtisadiyyatda çətin vaxtlar yaşanmasına baxmayaraq, iki dövlət ticarət dövriyyəsini eyni səviyyədə saxlayıb:

“Biz münasibətlər üçün yaxşı təməl yaratmışıq”.

A. Lukaşenko onu da əlavə edib ki, Belarus və Azərbaycan arasında hər hansı gərginlik və qapalı mövzu yoxdur:

“Kimincə xoşuna gəlmirsə, bu, onların problemidir”.

O, Azərbaycan prezidentini özünün və Belarus xalqının dostu adlandırıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR