«Hər il məndən 200 manat alırdılar»- LAÇIN ƏSMM-dən ŞİKAYƏT

30-11-2015, 13:40 884 dəfə baxılıb

«Hər il məndən 200 manat alırdılar»- LAÇIN ƏSMM-dən ŞİKAYƏT















Ərşad Quliyev: «İndi ünvanlı sosial yardım almağıma qəti imkan verilmir, pulum da yoxdur ki, verib, işlərimi həll edəm»

Ötən həftə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov geniş tərkibdə kollegiya iclası keçirərək, faktiki vəziyyəti müzakirə edib. Həmin müzakirələr zamanı 4 məmur işdən çıxarılıb, bir o qədərinə də xəbərdarlıq edilib.

Redaksiyamız bildirir ki, Səlim Müslümov mütəmadi olaraq belə «proflaktik» tədbirlər həyata keçirsə də, bəzi məmurlar yenə də özlərinə yığışmırlar. Məsələn, Laçın rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Arif Feyzullayevdən illərdir edilən şikayətlərə baxan belə yoxdur. Onun atdığı addımlardan narazı qalanlar birmənalı olaraq bəyan edirlər ki, Laçın ƏSMM-in direktoru heç kimdən çəkinmədən hərəkət edir.

Bununla bağlı redaksiyamıza müraciət edən Laçın rayon sakini Ərşad Quliyev yazır ki, ona verilən ünvanlı sosial yardımı ötən ilin dekabrında dayandırıblar. «Özüm işsizəm. İki uşağı necə dolandırım? Hər dəfə məni yola verirlər. Düzələcək deyirlər. Bərdəyə, Yevlaxa sənəd dalıyca göndərirlər. Amma yenə də düzəlmir».

Ərşad Quliyev bildirir ki, əvvəlki illərdə ünvanlı sosial yardım almaq üçün ondan ƏSMM-də pul istəyirmişlər. Elə bu səbəbdən də Laçın sakini bildirir ki, o, hər il mərkəz direktoruna 200 manat verməklə işlərini həll edirmir. «Hər il məndən 200 manat alırdılar. Amma indi ünvanlı sosial yardım almağıma qəti imkan verilmir. Pulum da yoxdur ki, verib, işlərimi həll edəm».

Qeyd edək ki, bu, Laçın ƏSMM-in direktoru Arif Feyzullayevdən ilk şikayət deyil. Hələ bir müddət əvvəl redaksiyamız müraciət edən Laçın rayon sakini Elçin Məmmədov mərkəz direktorunun ona qanunsuz şəkildə problem yaratdığını vurğulamışdı. «Mənə 2014-cü ilin dekabrından 2015-ci ilin mayına qədər verilməli olan ünvanlı sosial yardım kəsiblər. SMM-in direktoru isə götürüb məhkəməyə verərək, pulumu kəsdirmək istəyib. Lakin Laçın Məhkəməsi qaldırılmış iddianı geri qaytarıb. İddiadan protest verilmə müddəti də başa çatıb. Amma Arif Feyzullayev bütün vasitələrdən yararlanaraq, məni yenidən məhkəməyə verməyə çalışır”.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR