ADAU-da gənc müəllimlərlə görüş keçirilib

9-07-2015, 12:23 1340 dəfə baxılıb

ADAU-da gənc müəllimlərlə görüş keçirilib




















8 iyul 2015-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov gənc müəllimlərlə görüş görüş keçirib

Görüşün məqsədi universitetdə çalışan 40 yaşadək müəllimlərin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması, onların sosial problemlərinin həlli, elm və tədrisdə yeni metodların tətbiqi yollarının müzakirə edilməsi olub. Universitetin rektoru çıxış edərək vurğulayıb ki, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətində gənc nəslin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması, gənclərin sosial problemlərinin həlli ən mühüm yerlərdən birini tutur. ADAU-da bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında gənc müəllimlərin əmək haqlarının artırılmasını, müvafiq vəzifələrə təyinatda innovativ və müasir düşüncəli gənclərin təyinatını, beynəlxalq təhsil və elmi-tədqiqat layihələrində gənclərə üstünlük verilməsini, bütövlükdə elm və təhsildə qocalma meyllərinin qarşısının alınması və professor-müəllim heyətinin yaş tərkibi üzrə quruluşunda gənclərin payının artırılması üçün atılan zəruri addımları göstərmək olar. Qeyd olunub ki, universitetdə ixtisaslaşdırılmış müdafiə şuralarının fəaliyyəti də gənclərə elmi-tədqiqat və pedaqoji fəaliyyətlə məşğul olmağa əlverişli şərait yaradır.

İşgüzar və səmimi şəratdə keçən görüşdə gənc müəllimlər mövcud problemlər və onların həlli yollarından, bu kimi görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

ADAU-da gənc müəllimlərlə görüş keçirilib

ADAU-da gənc müəllimlərlə görüş keçirilib


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR