Göyçayda icra başçısı ilə belə yekun vurur: 5000 MANAT

4-12-2015, 14:53 825 dəfə baxılıb

Göyçayda icra başçısı ilə belə yekun vurur: 5000 MANAT















Redaksiyamıza bir qrup göyçaylı sahibkar adından müraciət daxil olub

Narazılıq edən iş adamları prezident İlham Əliyevin son aylarda sahibkarların durumunun yaxşılaşdırılması, ölkədə milli burjuaziyanın möhkəmlənməsi istiqamətində atdığı addıçları alqışlamaqla yanaşı, eyni zamanda DİA.AZ-a üzləşdikləri problemləri də yazırlar.

Sahibkarlar bildirir ki, Göyçaya təkrar olaraq icra başçısı göndərilən Mübariz Ağayevin iş prinsiplərinə onlar çoxdan bələddirlər: "İlk dəfəmiz deyil. Amma indi vəziyyət tamam fərqlidir. Nə camaatda pul var, nə də alverimiz gedir. Amma buna baxmayaraq hər ayın yekunu başçının pulunu çatdırmalıyıq.

Bu dekabr ayı isə bizə ən böyük zərbə vurulacaq. Artıq icra başçısının adından gəlib deyiblər ki, ilin yekunu ilə əlaqədar dekabr ayının pulu ilə yanaşı, əlavə olaraq illik pul da verməliyik. Bu da sahibkara görə dəyişir: 200 manatdan 5000 manata qədər.

Halbuki cənab prezidentimiz demişdi ki, sahibkarların məmurlar tərəfindən incidilməsinə son verilməlidir. Görünür, Göyçayda prezidentin sözünü eşitmirlər. Mübariz Ağayev bu qədərmi özünə güvənir?"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR