İsmayıllı səhiyyəsində rəzalət: ifşaedici suallar

9-12-2015, 11:29 989 dəfə baxılıb

 İsmayıllı səhiyyəsində rəzalət: ifşaedici suallar











Ölkədə səhiyyənin inkişafı haqda az qala hər gün mənasız fikirlərə qulaq asmaqdan bezmişik. Ən yuxarı səviyyələrdə ölkədə insanlara yüksək səhiyyə xidmətləri göstərildiyi bildirilir. Ölkə telekanalları gün ərzində durmadan səhiyyəni mədh edən reportajları efirə verir, ayrı-ayrı dövlət və özəl klinikalarında yüksək potensiallı həkimlərin olduğunu qeyd edirlər

Azərbaycan səhiyyəsinin şöhrətləndirilmiş naziri Oqtay Şirəliyev səviyyəsində millətin gözünün içinə yalanlar deyilməklə insanlar qoyun yerinə qoyulur, onlara şəxsiyyətdir deyə dəyər verilmir. Nazır qeyd edir ki, ölkədə dövlət xəstəxanalarında səhiyyə xidmətləri pulsuzdur. Nazir əfəndinin bu fikrindən tutaraq məsələyə yanaşmaq istərdik. Cənab nazirin diqqətinə çatdırmaq istəyirik ki, onun ölkədə dövlət xəstəxanalarında səhiyyə xidmətlərinin pulsuzdur deməsi fikri yalan və cəfəngiyyatdan başqa bir şey deyil.
Oqtay Şirəliyevə məlum olsun ki, İsmayıllı rayon mərkəzi xəstəxanasında istənilən müayinə və müalicə pulludur. Yəni həkimlər xəstələrdən göstərdiyi səhiyyə xidmətlərinə görə dirəşib pul alırlar. İsmayıllı xəstəxanasında xəstələrin xəstəxanada qalıb müalicə olunduğu günlərə görə onlardan yatacaq pulu alınır. Xəstələrə yatacaq dəstinin verilməsi üçün də tibb işçiləri onlardan pul alırlar. Cənab nazir bilsin ki, burada xəstələrə ayrılmış ərzaq məhsulları baş həkim və sairlər tərəfindən mənimsənilir, ən yaxşı halda ərzaq evlərə daşınır və xəstələr üçün bişirilmiş yeməklər keyfiyyətsiz olduğu üçün xəstələr məcburiyyət qarşısında qalıb yeməyi evlərindən gətirməli olurlar. Şöhrət ordenli nazirin diqqətinə çatdırmaq istəyirik ki, xəstəxanaya əksər aparatlar həkimlərin öz pulu hesabına alınıb. Yəni həkim personalı bildirir ki, dövlət tərəfindən xəstəxanaya heç bir aparat verilməyib. Ona görə də biz həkimlər yığışıb bu aparatı almışıq və etdiyimiz müayinəyə görə pul alırıq. Onda belə çıxır ki, xəstəxananın açılışı zamanı lenti kəsmiş dövlət başçısı cənab İlham Əliyev aldadılıb.
Cənab nazirin diqqətinə çatdırmaq istəyirik ki, xəstəxananın maliyyə işçilərindən birinin bizə ötürdüyü məlumatda bildirilir ki, xəstəxananın açılışında bütün avadanlıqlar Qəbələ rayonunda yerləşən diaqnostika mərkəzindən gətirilib. Cənab prezident açılışı edib getdikdən dərhal sonra bütün avadanlıqlar geri Qəbələyə qaytarılıb. Cənab nazirin diqqətinə çatdırırıq ki, xəstəxananın şöbə müdirlərindən biri qeyd edir ki, xəstəxana üçün illik ayrılmış dərman və digər tibbi ləvazimatlar tam şəkildə rayona gətirilmir. Rayona gətirilmiş dəva-dərmanlar apteklərdə satdırılır və baş həkim, baş mühasib və müavinlər arasında bölüşdürülür. Hörmətli Oqtay Şirəliyevin ölkədə səhiyyənin yüksək səviyyədə olduğunu deməsi adamda lap gülüş doğurur.
Əgər ölkə səhiyyəsi yüksək durumdadırsa bəs onda nədən xəstəxanaya gedən hər bir şəxsə gedin, filan dərmanları, iynələri gətirin sizin müalicənizi edək və bu qədər də əziyyət haqqı verəcəksən deyilir? Cənab nazir, sualım sizədir niyə xəstəxanalarda adı pambıq belə tapılmır? Cənab nazir, şəkər xəstələri üçün, ankoloji xəstələr üçün ayrılmış dərmanlar niyə tam şəkildə rayonlara göndərilmir?Niyə bu dərmanlar apteklərdə satdırılır? Cənab nazir, İsmayıllıda səhiyyənin hazırki durumundan doğurdanmı məlumatsızsınız? Axi xəstəxananın mühasibliyindən bildirirlər ki, aylıq nazirin dolyası çatdırılır. Xahiş edirik bu məsələyə münasibət bildirəsiniz. Cənab nazir, əgər ölkədə yüksək savada malik həkimləriniz varsa bəs nədən İsmayıllı xəstəxanasında həkimlər adı bir qrip xəstəliyini düz-əməlli müalicə edə bilmirlər? Niyə İsmayıllıda hər hansı xəstəlikdən dünyasını dəyişmiş xəstələrin ölüm kağızına əsl xəstəliyi deyil, başqa diaqnoz yazılır? Məsələn, xərçəng xəstəliyindən dünyasını dəyişmiş şəxslərə ürək çatışmamazlığı, yaxud ağ ciyər çatışmamazlığı diaqnozu yazılır? Əgər səhiyyə sizin dediyiniz kimi inkişaf edibsə onda nədən İsmayıllı xəstəxanasında hər il onlarla düzgün müalicə aparılmadığına görə ya şikəst olmalar, ya bədənin digər orqanlarının sıradan çıxması, ya da ki, ölümlər baş verir? Nədən İsmayıllı xəstəxanasında ana uşaq ölümləri baş verir? Cənab nazir, sizin xəbəriniz varmı ki, İsmayıllı xəstəxanasında nə qədər ölü canlar var? Xahiş edirik, bu iradlara münasibət bildirəsiniz.
Növbəti dəfə sizə xəstəxanadakı bazar qiymətləri haqqında məlumat verəcəyik. Yeri gəlmişkən bir neçə ay bundan əvvəl yazılarımızda dərc etmişdik ki, 2014-cü ildə rayon xəstəxanası üçün ayrılmış vəsaitlərin böyük qismi mənimsənilib. Bununla bağlı rəsmi sənədi də dərc etmişdik. Ancaq heç bir tədbir görülmədi. Əksinə keçmiş baş həkim Aftandil Rəhimov diqqətimizə çatdırdı ki, prokurorluğun da, mtn-nin də, digər qurumların da haqqını vermişəm, əlinizdən gələni beş qaba çəkin. Biz gözlədik ki, maliyyə nazirliyi bu mənimsəmələrə görə tədbir görəcək, ancaq onlar da müəyyən məbləğdə rüşvət alaraq məsələnin üzərinə getmədilər. Unutmaq olmaz İsmayıllı səhiyyəsində oğru şəbəkə, qruplaşma var ki, uzun illərdir rayon səhiyyəsinin var damarını sovururlar. Onlar rayonda ən imkanlı oliqarxa çevriliblər. Hansı ki, vaxt var idi acından ölənlərin biriləri idilər. Bir rayonun xəstəxanasında qayda-qanun yarada bilməyən nazir o postda əyləşməməlidir. Bəs deyilmi? Nə vaxta qədər xalqa yalan danışıb, dövlət başçısını aldatmaqla məşğul olacaqsınız? Əgər siz bu məsələnin ədalətlə həll olunmasını istəyirsinizsə, təcili şəkildə İsmayıllı səhiyyəsinə yoxlama göndərin. Maliyyə nazirliyi doğurdan da dövlət vəsaitlərinin qorunmasının tərəfdarıdırsa onda təcili şəkildə necə ki, Ağdam səhiyyəsində az qala milyonluq yeyinti aşkarladı, İsmayıllıda bu yeyinti Ağdam səhiyyəsindən qat-qat yüksəkdir. Hələ ki, cumhuriyyət. az olaraq ötən ilki mənimsəmə faktı ilə bağlı əldə etdiyimiz sənədi dərc edirik. Mövzunu diqqətdə saxlayacağıq.

 İsmayıllı səhiyyəsində rəzalət: ifşaedici suallar
 İsmayıllı səhiyyəsində rəzalət: ifşaedici suallar


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR