Sabirabad sakini qohumunu öldürüb, sonra isə intihar edib

11-07-2015, 12:15 810 dəfə baxılıb

Sabirabad sakini qohumunu öldürüb, sonra isə intihar edib
















Faktla bağlı araşdırma aparılır

Sabirabadda dəhşətli hadisə baş verib.

APA-nın Mil Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Moranlı kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Firdovsi Emin oğlu Təhməzov aralarında yaranan münaqişə zəminində qohumu, 1985-ci il təvəllüdlü Natiq Əlövsət oğlu Təhməzovu tüfənglə güllələyərək qətlə yetirib.

Hadisədən sonra F. Təhməzov qətl törətdiyi silahla özünü də gülləyərək intihar edib.

Hazırda faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR