Rəsmi Bakı kimi seçəcək? - Azərbaycan Qərb üçün daha böyük maraq kəsb edir (Bizim şərh)

11-07-2015, 12:53 944 dəfə baxılıb

Rəsmi Bakı kimi seçəcək? - Azərbaycan Qərb üçün daha böyük maraq kəsb edir (Bizim şərh)




















Bölgədə yeganə müstəqil oyunçu olan Bakı hər hansı bir bloka qoşulmaq niyyətində deyil. Buna baxmayaraq, Bakının yolu Avroatlantik məkana inteqrasiya yoludur. Bu baxımdan, belə bir sual aktuallığını saxlayır - Azərbaycan kimi seçəcək? Bakı gec-tez öz geosiyasi seçimini etməlidir

Xəzər dənizinin ABŞ geosiyasətində olduqca mühüm rol oynadığını əlavə şərh etməyə ehtiyac yoxdur. Son zamanlar Vaşinqton bu bölgədə daha da möhkəmlənmək üçün konkret addımlar atmaq niyyətindədir. Enerji layihələri ilə zəngin olan Xəzər hövzəsi amerikalı ideoloqların qənaətinə görə, Rusiya və İran üçün bağlı olmalıdır. Amerikanın Xəzər hövzəsində NATO bazasını yerləşdirmək cəhdləri Vaşinqtonu daha fəal gedişlər etməyə sövq edir. Bu baxımdan, ABŞ hərbi bazalarının Xəzərə qısa bir zamanda buraxılması NATO sammitində rəsmi Bakıdan tələb edilə bilərdi. Ukrayna - Rusiya savaşında Bakının tutacağı mövqe Vaşinqton-Moskva savaşının qalibini müəyyən edə bilər. Rəsmi Bakı supergüclərin qarşıdurmasından faydalanmaq niyyətindədir və istəmir ki, gələcəyi ayrı bir ölkədən asılı olsun. Lakin Bakı NATO ilə inteqrasiyadan yayınarsa, təzyiqlər arta bilər. Bu təzyiqlərdən yayınmaq üçün Bakı İran və Rusiya ilə əməkdaşlığa gedə bilər. Tehran və Moskva demokratiyanın yayılmasını Amerika təsirinin artması kimi qəbul edir.

Qərb Bakıya Ukrayna məsələsində NATO ilə əməkdaşlıq sərgiləməyi tələb edir. Azərbaycanın gələcək inkişafı Qərblə əməkdaşlıqdan asılıdır. Rusiya ilə əməkdaşlıq isə təhlükəlidir. Biznes fəaliyyəti qurmaq üçün də yararlı deyil. İstənilən anda milyonlarla vəsait bata bilər. Etibarlılıq baxımından Kreml yaxşı müttəfiq deyil.
Birmənalı şəkildə Rusiyaya meyllənmək qorxuludur. Kremlin tələbləri olduqca böyükdür və “şimal qonşusu” ilə həddən ziyadə yaxınlıq müstəqilliyin itirilməsi ilə sonuclana bilər.
Elə bu səbəbdən də Bakı Qərblə əməkdaşlıq yolunu seçməyə həvəslidir. Bu, ölkənin və siyasi elitanın təhlükəsizliyi baxımından ən düzgün seçim olardı.

Azərbaycan geosiyasi baxımdan önəmli fiqur statusunu azaltmadan saxlayır. Lakin seçimin Qərbə doğru olacağını indidən ehtimal etmək olar. Onu da unutmaq olmaz ki, ABŞ Azərbaycana çoxmilyonlu yatırımlar qoyub, ölkə Vaşinqtonun enerji layihələrində iştirak edir, geosiyasi amillərlə yanaşı bu iqtisadi faktor da təhlükəsizliyin zəmanətçisi kimi Qərbi ölkənin Azərbaycanda mövcudluğunu zəruri edən amillər sırasındadır.
Ehtimal edə bilərik ki, qarşıdakı illər ərzində Azərbaycan Qərb üçün daha böyük maraq kəsb edəcək. Bu baxımdan, ABŞ-ın ölkəmizdə öz hərbi mövcudluğuna nail olmaq istəyi də reallaşa bilər. Ukraynadakı son proseslər fonunda Azərbaycanın itirilməsi ABŞ üçün fiasko anlamına gələ bilərdi. Bu amil Bakının mühüm oyunçu statusunu qoruyub saxlayır.

Avropa.info-nun ekspert qrupu


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR