Ohanyan gözlənilmədən Azərbaycana səfər etdi – Təcili

19-12-2015, 12:49 861 dəfə baxılıb

Ohanyan gözlənilmədən Azərbaycana səfər etdi – Təcili













Ermənistanın Müdafiə naziri Seyran Ohanyan bu gün gözlənilmədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər edib


Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan söyləyib. Onun sözlərinə görə, Ohanyan burada qondarma rejimin rəhbəri və generalları ilə görüşəcək.

Qeyd edək ki, son günlər cəbhənin təmas xəttində vəziyyət gərgindir. Dünən erməni hərbi birləşmələrinin hücumu nəticəsində Azərbaycan ordusunun 1 hərbçisi şəhid düşüb. Ermənilər isə xeyli itki verərək geri çəkiliblər. Ermənistan mətbuatı Azərbaycan ordusu tərəfindən 10 əsgərlərinin məhv edildiyini, 20 erməni əsgərin isə yaralandığını yazıb.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sərkisyan arasında görüş gözlənilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR