"Bu partiyalarda acıq vermə üslubu daha çox sezilir" - Fazil Mustafa

12-07-2015, 15:07 724 dəfə baxılıb

"Bu partiyalarda acıq vermə üslubu daha çox sezilir" - Fazil Mustafa




















"Türkiyədə olub-bitənləri narahatçılıqla deyil, sadəcə diqqətlə izləyirəm. Oturuşmuş bir dövlət var, yetkin bir cəmiyyət var, bir yolla ölkədə hökuməti də quracaqlar, uzaq başı yenidən seçkiyə gedib bir dalandan çıxış yolu tapacaqlar. Yəni narahatçılığa heç bir əsas qalmır. Burada ancaq bir məqama diqqət yetirmənizi istəyirəm"

azinfo.tv xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Facebook-dakı rəsmi hesabında yazıb. Deputat Türkiyədə baş verən siyasi proseslərə münasibət bildirərkən bunları qeyd edib.

"AKP illərdir tək partiyalı iqtidar mövqeyində idi, qərarları səs çoxluğu ilə Məclisdə ala bilirdi. Və bu illər ərzində Türkiyə üçün xeyli faydalı olan və olmayan işlər gördülər, ancaq indi mütləq koalisiya qurmalıdırlar, lakin müxalifət partiyaları ilə sağlam dialoq qurmaqda çətinlik çəkirlər.

Açığı deyim ki, hazırkı situasiyada nə CHP-nin, nə də MHP-nin davranışını rasional hesab etmirəm, çünki davranışlarda, üslubda bir prinsip və ya çözüm axtarışı deyil, sadəcə acıq vermə, əvəz çıxma üslubu daha çox sezilir. Bəlkə bildikləri bir şeylər var, hər halda öz maraqlarını bizdən daha dəqiq bilirlər. Burada AKP-nin ibrət alacağı bir məqam var: nə qədər güclü olursan ol, hər zaman düşünməlisən ki, zəifin qapısına getməyə məcbur qala bilərsən, ona görə də keçici gücə arxalanıb, qırıcı, əzici davranışlara meyilli olmaq yanlışdır. İllərdir AKP-də bu gücün sanki əbədi olacağına özlərini inandırma hiss olunurdu. ancaq bir seçki ilə evdəki hesab bazardakı qiymətlərə uymadı. Bu bizdəki siyasət anlayışında da diqqətə alınması bir nümunədir."


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR