Əsgər gedəcək oğlana yas çadırı qurdular

12-07-2015, 15:10 824 dəfə baxılıb

Əsgər gedəcək oğlana yas çadırı qurdular


















Ələkbərov bu ay hərbi xidmətə yola düşməli imiş

Bərdə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

azinfo.tv-nin Report-a istinadən məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən 18 yaşlı Elvin Ələkbərovu Opel markalı minik avtomobili vurub.

Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq 18 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Qəzadan sonra sürücü hadisə yerindən qaçsa da, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, qəzada həyatını itirən gənc hərbi xidmətə çağırışçı kimi qeydiyyatdan keçib. O, bu ay hərbi xidmətə yola düşməli imiş.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR