Azərbaycanda universitetlərdən birində əmək haqqı artırıldı

26-12-2015, 12:44 871 dəfə baxılıb

Azərbaycanda universitetlərdən birində əmək haqqı artırıldı

















Bəzi tələbələr təhsil haqqından azad edildi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elmi Şuranın iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib və onların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib.

Bu barədə UNEC-dən məlumat verilib.

Yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb. Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub. Qərar müvafiq olaraq universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil olunur.

Digər məlumata əsasən, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin qış imtahan sesiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib.

Qərar Universitetin Elmi Şurasının iclasında qəbul edilib.

Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR