Masallıda “Amrahbank ”ın məsul işçiləri hərbi xidmətdən necə yayınıb?

14-07-2015, 12:42 901 dəfə baxılıb

Masallıda “Amrahbank ”ın məsul işçiləri hərbi xidmətdən necə yayınıb?













Ən maraqlı məqam xidmətdən yayınanların bir qisminin“ Amrahbank ”ın Masallı rayon filialında çalışan bəzi məsul işçilərinin olmasıdır

Hazırda gənclərin hərbi xidmətə böyük marağı müşahidə olunur. Müxtəlif bəhanələrlə xidmətdən yayınma halları ötən illərə nisbətən azalsa da , lakin hələ də aktuallığını qoruyan problemlərdən biridir. Bolgexeber.com-un mesaj qutusuna gələn məktub da məhz hərbi xidmətdən yayınma halları ilə bağlıdır. Belə ki ,Masallıdan redaksiyamıza ünvanlanan məktubda iddia edilir ki,rayonda fəaliyyət göstərən müəyyən idarə və özəl sektorda çalışan xırda məmurlar hansısa yolla hərbi xidmətdən yayınıblar. Həmin şəxslər dəfələrlə hərbi komissarlığa çağırılsa da , məsələ ilə bağlı hər hansı ölçü götürülməyib. Mənbənin məktubda qeyd etdiyi ən maraqlı məqam isə ,xidmətdən yayınanların bir qisminin“ Amrahbank ”ın Masallı rayon filialında çalışan bəzi məsul işçilərinin olmasıdır. Biz məktubda qeyd edilənlərdən yola çıxaraq araşdırmalara başlamışıq. Söylənənlərdə həqiqət payı olduğu halda ,məktubda adı qeyd edilən həmin şəxslərin adlarını dərc edəcəyik. Hazırda məsələ ilə bağlı araşdırmalarımız davam edir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR