“İRAN BİZİ ALDADA BİLƏR”

16-07-2015, 13:37 991 dəfə baxılıb

“İRAN BİZİ ALDADA BİLƏR”












ABŞ prezidenti Barak Obama Tehranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan tarixi razılığı müdafiə edərək, bunun İranın nüvə silahına malik olmamasını təmin etməyin ən yaxşı yolu olduğunu deyib

İranla əldə edilmiş razılığı skeptik ABŞ qanunvericiləri və eyni zamanda Amerika ictimaiyyəti qarşısında müdafiə etməyə çalışan prezident Obama onun həm də nüvə silahı yarışının qarşısının alınması və Yaxın Şərqdə daha çox müharibəyə yol verilməməsində əhəmiyyət daşıdığına diqqət çəkib.
Obamanın sözlərinə görə, razılaşma ilə İranın nüvə bombası istehsal etməsi qarşısında bütün imkanlar bağlanıb. O həmçinin bildirib ki, bu razılaşma Birləşmiş Ştatlar, onun müttəfiqləri və dünyanı daha təhlükəsiz edir.
Amerika lideri ABŞ-ın Konqresdə sənədin nəzərdən keçirilməsi prosesində onu təsdiq etmək imkanını əldən versə, “tarix bizi çox sərt mühakimə edəcək” deyib. Onun sözlərinə görə, İranla yekun razılaşmasının əldə edilməsi şansı bir də olmaya bilərdi.
Obama həmçinin ABŞ-ın başçılığı ilə müzakirələr prosesinin Amerikanın liderliyini nümayiş etdirdiyini bildirib.
Bununla belə, Obama onu da qeyd edib ki, rəsmi Tehran Vyanada əldə edilən razılaşmanı tətbiq etməkdən boyun qaçıra bilər.
“İran bizi aldada bilərmi? Bəli, bu mümkündür”, – deyən Ağ Ev başçısı, Tehranın fəaliyyətinə nəzarət mexanizminin əhəmiyyətinə də diqqət çıkib.(amerikanın səsi)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR