Siyasət tarixi belə bir olay yaşamamışdı - Netenyahu ilə ingilis nazir mətbuat konfransında dava etdilər

17-07-2015, 13:21 856 dəfə baxılıb

Siyasət tarixi belə bir olay yaşamamışdı - Netenyahu ilə ingilis nazir mətbuat konfransında dava etdilər

















İngiltərə Xarici İşlər naziri Filip Hammond İsrail Baş naziri Binyamin Netanyahu ilə Təl-Əvivdə keçirdiyi mətbuat konfransında jurnalistlərin gözü önündə İran görə mübahisə ediblər

azinfo.tv xəbər verir ki, görüş ərəfəsində iki nazirin qısa mətbuat açıqlaması qarşılıqlı ittihamlara çevrilib.

İranı beş qitədə, 30 ölkədə terroru dəstəkləməklə günahlandıran Binyamin Netanyahu dünya güclərinin Tehranla imzaladığı nüvə sazişini tənqid edib. Netanyanu İran liderlərinin İsraili xəritədən silmə açıqlamalarını xatırladaraq, imzalanan sazişin semitizmə dəstək verdiyini bildirib.

İngilis nazir isə Netanyahunun narahatlıqlarını anladığını, lakin bu sazişin İranın nüvə proqramı ilə bağlı olduğunu deyib. Lakin Netenyahu ingilis nazirin sözünü kəsərək, bu sözlərə inanacaq səviyyədə sadəlöv olmadıqlarını bildirib. İngiltərəli nazir Hammond isə İranı küçələrdə səsləndirilən şüarlarla deyil, hərəkətləri ilə yoxlayacaqlarını qeyd edib.

İngilis nazirin etdiyi hər bir açıqlamaya cavab verən Netenyahu ona xitabən "Davam etmək istəyirsinizmi?" - deyə soruşub. Hammond isə "xeyir təklikdə davam edək. Məncə, sual-cavab hissəsi üçün jurnalistlərə ehtiyacımız olmadığını sübut etdik"-deyərək İsrailin baş nazirinə etiraz edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR