Paytaxtda kütləvi yoluxucu xəstəlik yayılıb

19-07-2015, 10:49 1022 dəfə baxılıb

Paytaxtda kütləvi yoluxucu xəstəlik yayılıb

















Son günlər Bakıda yoluxucu suçiçəyi xəstəliyi yayılıb

azinfo.tv paytaxt sakinlərinə istinadən xəbər verir ki, daha çox uşaqlarda təsadüf olunan, hava damcı yolu ilə keçən bu infeksion xəstəliyin əlamətlərinə əsasən Suraxanı, Sabunçu rayonlarında rast gəlinir. Başlıca əlaməti yüksək temperatur və dəridə səpgilərin yaranması hesab edilən suçiçəyi xəstəliyinə Sabunçu rayonunun Zabrat, Sabunçu qəsəbələrində, habelə Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələrində yaşayan azyaşlılar yoluxub.

Bu qəsəbələrdə yaşayan uşaqlarda yüksək temperatur, üşütmə və ya qusma halı, ayaqlarda, oynaqlarda ağrı, halsızlıq, iştahasızlıq kimi hallara rast gəlinir. Bu səbəbdən də valideynlər azyaşlı övladlarını uşaq bağçalarına göndərməkdən imtina ediblər. Xəstəliyə yoluxanlar arasında hətta yeniyetmələrə də rast gəlinir.

Qeyd edək ki, bu xəstəlik adətən on yaşdan kiçik uşaqlarda daha çox yayılır. Ekspertlər bildirirlər ki, suçiçəyi keçici infeksion xəstəlik sayılır. Orqanizm bu virusa qarşı nə qədər immunitet yaratmış olsa da, müəyyən bir zamanda yenə də xəstəliyə tutulma ehtimalı var.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR