Ağcabədidə həkim qətlə yetirilib

11-02-2016, 12:22 907 dəfə baxılıb

Ağcabədidə həkim qətlə yetirilib















Faktla bağlı araşdırma aparılır

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb.

Məlumata görə, rayon sakini olan 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı Üzeyir Hacıbəyov-13 ünvanında qətlə yetirilib.

Mərhum evdə tək yaşayıb. Rayonda həkim kimi çalışan qadının övladlarının Bakıda yaşadığı bildirilir.

Məlumata görə, onun polis əməkdaşı olan həyat yoldaşı bir il öncə yol qəzasında ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR