Bakıda şirkət direktoru bu şəxslərə pul “atdı”

23-07-2015, 15:12 1059 dəfə baxılıb

Bakıda şirkət direktoru bu şəxslərə pul “atdı”
















Polis məlumat yaydı

Bakı polisi vətəndaşların etimadlarını qazanaraq onlardan külli məbləğdə pul alan şirkət direktoru ilə bağlı araşdırmalara başlayıb.

DİN-dən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “İnter Travel” şirkətinin direktoru, Ağdam rayon sakini Elnur Əliyevin cari ilin fevral-iyul aylarında Bakı şəhər sakinləri Mirəhməd Dadaşovun, Nazim Mustafayevin, Xumar Balaoğlanovanın, Bəhruz Vəliyevin, Mina Adıgözəlovanın, İlqar Həsənovun, Gəncə şəhər sakini Maqsud Ələkbərovun və Qəbələ rayon sakini Emil Məmmədovun etimadlarını qazanıb, onlardan 25360 manat pul alması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR