TQDK rus bölməsinin abituriyentlərinə xəbərdarlıq etdi

30-03-2016, 11:27 932 dəfə baxılıb

TQDK rus bölməsinin abituriyentlərinə xəbərdarlıq etdi















Onlar virtual ödəmə kartını əldə etməlidirlər

Ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər üçün keçiriləcək “Azərbaycan dili” fənnindən test imtahanında iştirak etmək üçün aparılan qeydiyyat 31 mart saat 23:59-da başa çatır.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumata daxil olub.

Həmin imtahanda iştirak etmək üçün qeydiyyat martın 1-dən 31-dək internet vasitəsilə aparılır.

Rus bölməsinin abituriyentləri qeydiyyatdan keçmək üçün TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə etmək olar. Rus bölməsinin abituriyentləri iş nömrəsi və şifr əldə etdikdən sonra TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Həmin abituriyentlərin əldə etdikləri bu ödəmə kartındakı iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun bütün mərhələlərində istifadə olunacaq. TQDK-nın ikinci ödəmə kartını əldə etməyə ehtiyac olmayacaq.

Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün 1-ci Azərbaycan dili imtahanı mayın 1-də, 2-ci Azərbaycan dili imtahanı isə iyulun 12-də keçiriləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR