238 saylı məktəbdə tikiləcək əlavə korpusun pulu mənimsənilib

29-07-2015, 11:32 1012 dəfə baxılıb

238 saylı məktəbdə tikiləcək əlavə korpusun pulu mənimsənilib













Nizami rayonunda yerləşən 238 saylı Namiq Həmzəyev adına orta məktəbində aparılan təmir işləri ilə bağlı cumhuriyyet.az-ın elektron poçtuna maraqlı məlumat daxil olub. Bir qrup valideyn tərəfindən göndərilən həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Nizami rayonunda yerləşən 238 saylı Namiq Həmzəyev adına orta məktəbin təmirində külli miqdarda dövlət vəsaiti mənimsənilib. Təmir işlərindən sonra məktəbə alınan avadanlıqlar təhsil naziri Mikayıl Cabbarova məxsus firmanın xətti ilə həyata keçirilib. Alınan avadanlıqlar keyfiyyətsiz, məktəbdə aparılan təmir çox aşağı səviyyədə aparılıb. Məktəbin təmirini həyata keçirən şəxslər təhsil nazirinin yaxınları, fəhlələr isə günəmuzd çalışanlar olub. Məktəbdə oxuyan şagirdlərin digər məktəblərə köçürülməsi vaxtı valideynlərə bildirilib ki, 238 saylı məktəbdə dərslər bir növbəli olacaq. Bu səbəbdən şagirdlər digər məktəblərə köçürülür. Əlavə korpusun tikintisi həyata keçiriləcək. Məktəb təmirlidir, əlavə təmir edilməyəcək, sadəcə yeni korpus tikiləcək. Mikayıl Cabbarovun təhsillə bağlı danışdığı “fikirlər” bitmədiyi kimi, 238 saylı məktəbdə də yeni korpus, yalan üzərində olub, yarımçıq saxlanılıb. Tikintidə çalışan aparıcı şəxslərdən biri danışıq zamanı bildirib ki, yeni korpusun tikintisinə ayrılan vəsait nazir tərəfindən… Bu səbəbdən yeni korpusun tikintisini davam etdirmək üçün əlavə vəsait lazımdır. Hətta, ola bilsin növbəti dərs ilində məktəbdə çalışan müəllimlərdən, o cümlədən orada oxuyan şagirdlərin valideynlərindən müxtəlif adlar altında pul yığılsın, tikinti aparılır adını qoymaq üçün görüntü yaradılsın. Bununla da əsəbləri tarimara çəkilmiş valideynlər təkrar aldadılsın”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR