ELMƏ VƏ TƏHSİLƏ HƏSR EDİLMİŞ "ÖMÜR"

19-05-2016, 09:55 856 dəfə baxılıb

ELMƏ VƏ TƏHSİLƏ HƏSR EDİLMİŞ "ÖMÜR"












Azərbaycanda elm və təhsilə yüksək qiymət verilir. Heç şübhəsiz ki, hər sahədə problem, çatışmamazlıq olduğu kimi təhsil sahəsinin də öz çatışmamazlıqları var

Lakin bu ona zəmin yaratmır ki, təhsilə və təhsil verən müəllimlərə bir qrup insanların şər və böhtan deməsinə yol verilsin. Təhsil sistemi və orta ümümtəhsil müəssələri daima şagirdlərin yüksək səviyyədə elmə, biliyyə yiyələnməsi üçün şərait yaradılır, onların bilik və bacarıqlarının artırılması üçün əllərindən gələn edirlər. Bəzi orta ümumtəhsil məktəbləri hətta öz şagirdlərini elmə və təhsilə olan maraqlarının artırmaq, onların yaxşı oxuması üçün əllərindən gələn hər cür şəraitdən maksimum dərəcədə istifadə edirlər. Təhsil Nazirliyidə bu işdə məktəblərə lazımi köməkliyi göstərir. Bu yaxınlarda Bakı şəhəri Nərimanov rayonunda yerləşən 177 -i nömrəli orta ümümtəhsil məktəb barədə bəzi mətbuat orqanlarında bilərəkdən və qəsdən qarayaxma kompaniyası başlatsalar da haqq və ədalət öz sözünü lazımi qaydada deyir. Belə ki, bir qrup valideyinlər ( rus bölməsində təhsil alan şagirdlərin valideyinləri ) məktəb və onun direktoru barəsində elmə , təhsilə ən əsası müəllimə yaraşmayan bəzi xoşa gəlməyən sözlər və ifadələr eyni zamanda məktəbdə məktəb direktorunun rüşvət alması barəsində xəbərlər yaymağa cəht etsələrdə bu fakt özünü doğrultmadı . Belə ki, Nərimanov rayonu 177- i saylı məktəbin direktoru uzun illər təhsilə xidmət edən azərbaycan övladlarına elm və savad örgədən Həqiqət Qarayeva sayılıb -seçilən müəllimlər sırasında öz bilik və bacarığına görədə yüksək nüfuza malikdir. H.Qarayeva öz şagirdlərinə olan diqqət və qayğısına bilik və bacarığına görə daima seçilib. Onun şagirdlərin yaxşı təhsil və biliyə yiyələnməkləri üçün əlindən gələni etməsi, daima şagird və məktəb eləcədə məktəb və valideyin münasibətlərinin qorunub saxlanması üçün can atması və buna da nail olması da diqqətdən qaçmamalıdır. Şagirdlərin dərsə, məktəbə olan həvəslərinin artırmaq, onların asudə vaxtlarının düzgün təşkil etmələri üçün də əlindən gələn hər cür köməklik göstərən Həqiqət Qarayeva şagirdlərin də hörmətini qazanmışdır. Məktəblə valideyin arasında bir növ körpü rolunu oynayan Həqiqət müəllimə valideyinlərlə tez-tez əlaqə saxlayır övladlarının düzgün təhsil almasında , tərbiyyə işlərində onlara öz tövsiyyələrin verir. Valideyinlərin uşaqlarla necə düzgün rəftar etməsi, onlarla necə davranmalı olduqlarını, məktəb və valideyin, müəllim münasibətlərini necə qoruyub saxlamaq və bu istiqamətdə onlara yol göstərmək, heç şübhəsiz ki, Həqiqət Qarayevanın əməyinin nəticəsidir ki, məktəbin müəllim və şagird kollektivi, eləcədə valideyinlər Həqiqət müəllimənin qayğıkeş insan, müəllimə, yüksək bilik və mədəniyyət sahibi olduğunu xüsusi vurğuladılar. Bizimlə söhbət zamanı məktəbin şagird və müəllimləri Həqiqət müəllimənin məktəbdə yaratdığı nizam- intizam, eləcədə təhsil almaq üçün hər cür şərait yaratmasından da danışaraq onun yüksək insani kefiyyətlərə xas olan insan kimi sevildiyini dilə gətirdilər. Bu çox sevindirici haldır ki, respublikamızda elmə və savada öz şagirdlərinə diqqət və qayğı göstərən Həqiqət Qarayeva kimi müəllim və məktəb direktorları var və təhsilimizin inkişafında böyük əmək sərf edirlər. Bizdə işlərində Həqiqət müəlliməyə uğurlar arzu edirik.

Əhsən! Həqiqət Qarayevaya


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR