Rusiyalılar Qarabağ münaqişəsində ABŞ-ı günahkar bilirlər

17-06-2016, 11:25 592 dəfə baxılıb

Rusiyalılar Qarabağ münaqişəsində ABŞ-ı günahkar bilirlər















“Əhali, ümumiyyətlə, bu münaqişədə Rusiyanın bitərəf qalmalı olduğunu düşünür”

Rusiya vətəndaşlarının 70%-i bu ilin aprel ayında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində 1994-cü ildən bəri baş vermiş ən irimiqyaslı hərbi toqquşmalar barədə məlumatlıdır.

“Kommersant” xəbər verir ki, bu barədə “Levada” sorğu mərkəzinin məlumatında deyilir.

Mərkəzin keçirdiyi sosioloji sorğuya əsasən, rəyi soruşulanların 59%-i baş verən son hərbi toqquşmalar barədə eşitdiklərini, lakin detallı bilgiyə sahib olmadıqlarını, 11%-i hadisələri izlədiklərini, 30%-i isə ümumiyyətlə, hərbi toqquşmalar barədə məlumatlı olmadıqlarını deyiblər.

Respondentlərin 67%-i bu münaqişədə hər hansı tərəfi dəstəkləmədiyini söyləsə də, 15%-i Ermənistan tərəfinə, cəmi 4%-i Azərbaycana simpatiya duyduğunu bildirib.

Rusiyanın hansı tərəfi dəstəkləməli olduğu sualına cavab olaraq respondentlərin 11%-i erməniləri müdafiə etməyin düzgün olduğunu, cəmi 3%-i isə Azərbaycana dəstək verilməli olduğunu vurğulayıb. 66% əhali, ümumiyyətlə, bu münaqişədə Rusiyanın bitərəf qalmalı olduğunu düşünür.

Rəyi soruşulanların 23%-i hərbi toqquşmaların başlamasının təşəbbüskarının ABŞ və NATO ölkələri, 19%-i Azərbaycan, 15%-i Türkiyə, 4%-i Ermənistan olduğunu bəyan edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR