Milli Məclisə keçirilən təkrar seçkilərin ilkin nəticəsi açıqlanıb

19-06-2016, 11:49 643 dəfə baxılıb

Milli Məclisə keçirilən təkrar seçkilərin ilkin nəticəsi açıqlanıb















Məzahir Pənahov açıqlama verib

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin ilkin nəticəsi açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, səsvermədə 40203 seçicidən 23292 nəfəri iştirak edib. Onun sözlərinə görə, dairə üzrə bütün seçki məntəqələrinin hesabatı qəbul olunub.

“Saat 08:00-dan 19:00-dək davam edən seçkilərin lider namizədi 19674 (85,56%) səslə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovdur.
Ümid Partiyasının sədri İqbal Ağazadə 1802 (7,84%) səslə ikinci olub”, - MSK sədri deyib.

Qeyd edək ki, seçki dairəsi üzrə 7 namizəd qeydə alınmışdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR