Azərbaycanda sonuncu buraxılış imtahanı keçirilir

30-06-2016, 09:30 712 dəfə baxılıb

Azərbaycanda sonuncu buraxılış imtahanı keçirilir















İmtahanların idarə olunmasına 2172 nəzarətçi-müəllim ayrılıb

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahanlarda ümumilikdə 45171 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 24237, XI sinif üzrə 20934).

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

İmtahanların idarə olunmasına ümumilikdə 214 imtahan rəhbəri, 2172 nəzarətçi-müəllim ayrılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR