Bərdənin «Günəş»ini «söndürür»lər

14-08-2015, 13:30 1220 dəfə baxılıb

Bərdənin «Günəş»ini «söndürür»lər



















Vidadi İsayev rayonu idarə edə bilməməsi səbəbindən vəzifəsini itirə bilər

Bərdənin icra başçısı Vidadi İsayev özünə ləqəb götürüb. Rayonda bütün məmur heyyəti onu «Günəş» olaraq təqdim edirlər. Bu ayamanın hansı məna daşıdığı və nə məqsədlə qoyulduğu məlum deyil. Yalnız bilinən odur ki, Bərdə artıq nəzarətdən çıxmağa başlayıb.

Redaksiyamızın əldə etdiyi məlumata görə, rayonda durum getdikcə kəskinləşir. Fermer və sahibkarların sıxışdırılması ilə yanaşı, sıravi vətəndaşların da güzəranlarının pisləşməsi ciddi sosial narazılıqlara gətirib çıxarıb. Bir neçə gün əvvəl məcburi köçkün və qaçqınların İcra Hakimiyyətinin önünə yığışaraq, etiraz aksiyası keçirmələri və Vidadi İsayevin istefasını tələb etmələri bu problemlərdən qaynaqlanan məsələ kimi təqdim olunur.

Məlumatda o da vurğulanır ki, yaxın günlər üçün Bərdədə daha bir aksiyanın keçiriləcəyi gözlənilir. İddia edilir ki, bu dəfə təkcə qaçqınlar deyil, həmçinin Bərdə sakinləri də İcra Hakimiyyətinin qarşısına toplaşmağı qərarlaşdırıb.

Redaksiyamıza verilən bilgilərdə qeyd edilir ki, Vidadi İsayevin idarəetmə metodunun dəhşətli vəziyyət yaratmasından artıq Prezident Admnistrasiyasına da xeyli sayda şikayətlər daxil olub. Vətəndaşların etdiyi şikayətlərin məzumunundan da belə aydın olur ki, Bərdədə elementar problemlər həllini tapmır. Elə bu səbəbdəndir ki, yaxın vaxtlarda Bərdənin «Günəş»inin yaxın vaxtlarda «söndürüləcəyi»nə dair söz-söhbətlər dolaşır. Belə ki, Vidadi İsayevin yaxın vaxtlarda işdən çıxarılacağı iddia olunur.

Amma bütün məclislərdə, toplantılarda rayonda vəziyyətin həddindən artıq yüksək səviyyədə yaxşı olduğu iddia olunur. Üstəlik, Vidadi İsayevin özünün xüsusi məddah dəstəsi var ki, onlar bütün yığıncaqlarda, məclislərdə icra başçısını tərifləməklə məşğul olur, onun «Günəş» kimi parlamasından bəhs edirlər.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR