Prezidentin göstərişindən sonra “Azər Türk Bank”da təmizləmə işləri aparılır - Nazirin yaxın adamları işdən çıxarılır!

14-12-2016, 20:42 725 dəfə baxılıb

Prezidentin göstərişindən sonra “Azər Türk Bank”da təmizləmə işləri aparılır - Nazirin yaxın adamları işdən çıxarılır!












"Azər Türk Bank” ASC-də yeni təyinat həyata keçirilib.

Bu barədəbankın saytında məlumat dərc edilib. Məlumatda Əhməd Həsənovun Ələkbər Əliyevin yerinə "Azər Türk Bank” ASC-nin İnzibati İdarəetmə Departamentinin direktoru təyin olduğu qeyd edilib.

Bankda köklü islahatların keçirilməsi heç də təsadüfi deyil. Belə ki, bir neçə gün bundan öncə Maliyyə naziri Samir Şərifovun kurasiyasında olan bank kimi tanınan "Azər-Türk Bank”da baş verən yoxlamalar şok faktların ortaya çıxmasına səbəb olmuşdu. Hesablama Palatasına bankdan külli-miqdarda pul yayındırılması, eləcə də bankın "qara bazar”a dollar çıxarması barədə təkzibolunmaz faktları prezident İlham Əliyevə təqdim etmişdi.

Prezidentin göstərişindən sonra Beynəlxalq Banka və "Azər Türk Bank”a eyni zamanda yoxlamalar keçirilmiş və külli miqdarda vəsaitin qara bazarda əridildiyi təsdiqlənmişdi. Yoxlamalardan sonra maliyyə nazirinin kadrı kimi tanına bankın İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun saxlanılaraq dindirildiyi də gələn xəbərlər arasında idi. Sorğu-sualdan sonra sərbəst buraxılan İdarə Heyətinin sədri dərhal istefa vermişdi.

Qeyd edək ki, "Azər-Türk Bank” ASC 1995-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə məxsusdur. 12,37%-lik pay Türkiyənin "Zıraat Bank”ına, 1,08%-i "Zıraat Bank İnternational”a, 6,55%-i "AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta” ASC-yə məxsusdur.


Prezidentin göstərişindən sonra “Azər Türk Bank”da təmizləmə işləri aparılır - Nazirin yaxın adamları işdən çıxarılır!


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR