Prezident ilham Əliyev medal və fəxri adlar verdi - SİYAHI

14-12-2016, 20:44 739 dəfə baxılıb

Prezident ilham Əliyev medal və fəxri adlar verdi - SİYAHI












Prezident İlham Əliyev Bakı Slavyan Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Bakı Slavyan Universitetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Babayev İbrahimpaşa Ələkbər oğlu

Barxalov Qalib Nəcmi oğlu

İsazadə Validə Cavid qızı

Məmmədov Kərim Əli oğlu

Məmmədova Arifə Ələkbər qızı

Udalıx Qalina Dmitriyevna".

Prezident başqa bir sərəncamı ilə Bakı Slavyan Universitetinin əməkdaşlarına fəxri adlar verib.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Bakı Slavyan Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar elm xadimi"

Qocayev Məmməd Qoca oğlu

"Əməkdar müəllim"

Bəşirova Solmaz Qulamovna

Cəfərov Telman Həmzağa oğlu

Əliyeva İranə Məmməd qızı

Qafarova Sahibə Əli qızı

Quliyeva Rəhilə Hüseyn qızı

Məmmədli Aslan Məmmədəli oğlu

Məmmədov Nizami Tağı oğlu

Şipulina Qalina İvanovna

"Əməkdar jurnalist"

Həsənova Şəlalə Arif qızı

Naciyeva Flora Sultan qızı".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR