“Yeni şans”ın şansı niyə gətirmir?

14-12-2016, 21:09 761 dəfə baxılıb

“Yeni şans”ın şansı niyə gətirmir?









Bu gün Azərbaycan mətbuatının rəngarəngliyi, mətbu nəşrlərin müxtəlif adlar altında fəaliyyət göstərmələri və s. onu söyləməyə əsas verir ki, dövlətimiz tərəfindən yaradılmış hər cür şərait və çoxsaylı media qurumlarının varlığı, həqiqətən də cəmiyyətimizin informasiya təminatında əsas rol oynayır. Amma elə media qurumları var ki, onların rəhbərliyində duranların fəaliyyətləri cəmiyyətimizin informasiya təminatı ilə deyil, birbaşa təminatsızlığı ilə məşğul olmaqdadır. Belə mətbu nəşrlərdən və adı hallanan şəxslərdən biri də, heç zaman bəxti və şansı gətirməyən “Yeni şans” qəzeti və onun rəhbərliyində duran Gülşad Vəliyev adlı şəxsdir.

Bu yöndə məlumatları Azerinfo.az saytına çatdıran mənbə bildirir ki, “Yeni şans” qəzetinin və onun rəhbərinin şansı heç vaxt gətirmir. Buna səbəb, adı halnanan mətbu nəşrin baş redaktorunun “xrustal geyimi” və “xrustal davranışı” ilə əksəriyyətdən fərqlənməsidir. Çünki, Gülşad Vəliyev jurnalistika ilə məşğul olsa da, əslində o, redaksiyasının ünvanı bilinməyən zurnalistlərdəndir. Buna səbəb, onun pul qazanmaq hərisliyi ilə atdığı addımların varlığıdır. Belə ki, əldə etdiyimiz məlumatlara görə o, ilk öncə təhsil ocağı və digər müəssisələrlə bağlı məlumatları yaxın təmasda olduğu redaksiyalara çatdırır və çox keçmir ki, “şpion” rolunu da oynayır. Yəni, onun redaksiyalara çatdırdığı məlumatlar əsasında açıqlamalar işıq üzü gördükdən az sonra, Gülşad Vəliyev ayrı-ayrı rəhbər şəxslərin, məktəb direktorlarının və digər vəzifə sahiblərinin hüzuruna baş çəkib bildirir ki, “səndən filan sayt, yaxud da filan mətbu orqan yazıb. Mən sizi “barışdıra” bilərəm” deməklə minbir rola girir və belə bir yollarla qarşı tərəfdən bir qədər pul əldə etməklə, hətta bir neçə gün “qeybə də çəkilir”. Belə bir addımları ilə Azərbaycan jurnalistikasında “silinməz izlər” buraxan Gülşad Vəliyev, nail olduğu bu cür “yaradıcılığı” ilə, hal-hazırda adını daha çox məşhurlaşdırmaqdadır. Odur ki, hər bir idarə, müəssisə, təşkilat rəhbərlərindən və digər vəzifə sahiblərindən xahiş edirik ki, onun belə bir “yaradıcılığından” yararlanmaq yox, ehtiyatlı olmağınız daha məsləhətdir.

“Şpion” roluna girərək ayrı-ayrı redaksiyalara “danos”lar daşıyan və redaksiyasının adından əksər vəzifə sahiblərinə rəngarəng diplomlar paylamaqla, müəyyən gəlirlər əldə edən “Yeni şans”ın şansız baş redaktoru, hal-hazırda adını bu yöndə də məşhur etməkdədir. Hələ onun müxtəlif simalarla bağlı işıq üzü görən kitabları paylamaqla qət etdiyi məsafələri ölçsək, bəlkə də həmin yolların uzunluğu neçə yüzmin kilometrlərlə ölçülər.

P.S. Açıqlamada adı çəkilən şəxsin də, mövqeyini dinləyə bilərik.



Azerinfo.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR