"Elə bir fırtına qopararam ki..." — AXCP sədri Razi Nurullayevin seçkilərlə bağlı açıqlama

11-01-2018, 15:21 386 dəfə baxılıb

"Elə bir fırtına qopararam ki..." — AXCP sədri Razi Nurullayevin seçkilərlə bağlı açıqlama















"Bir neçə ay ərzində bütün dünyanı dolanıb, elə bir fırtına qopararam ki, qarşısı alınmaz siyasi dalğa yaranar. Elçibəyin malik olduğu yüksək dəyərləri siyasətə qaytaracağıq".
Bu sözləri AXCP sədri Razi Nurullayev deyib.

Razi Nurullayev bildirib ki, alternativ seçki nəticələrimizin BMT-də müzakirəyə çıxarılmasını və qərarın da qəbul olunmasına bacarığımızdan əminəm:

"Əfsuslar ki, xalqımız xarici siyasətçinin bir ümidverici sözünü cümlə müxalifətin yüz sözündən daha üstün tutur. Vətəndaşlar başqa ölkələrdə olduğu kimi bizim seçkilərə dəyişiklik kimi baxmırlar. Hazırlıqlarımız davam edir və seçkidə də iştirakımız qətidir.

Bizi narahat edən ölkədə seçki ab-havasının olmaması, vətəndaşların passivliyi və seçkiyə inamının azalmasıdır. İndi gərək ölkədə siyasi həyat qaynar qazana bənzəyəydi. Bir tərəfdən, siyasi həyat zəifləyib, iqtidar müxalifətin seçki gündəmini çək-çevir etməsində maraqlı deyil, seçicilər də daha çox sosial həyatlarının yaxşılaşmasında maraqlıdırlar.

Təəssüflər olsun ki, vətəndaşlar başqa ölkələrdə olduğu kimi seçkilərə dəyişiklik kimi baxmırlar. Bütün bunlara baxmayaraq, seçki mühitinin yaradılması üçün əlimizdən gələni edirik və kifayət qədər nəticə də var. Bunu sosial şəbəkələrdə get-gedə artan fəallıqla görmək olar.
Düşüncəm ondan ibarətdir ki, insanların inamını qaytarmaq və seçki mühiti yaratmaq üçün iqtidarın, prezidentin və komandasının tənqidi yetərli deyil. Əslində, rejim, diktatura, rüşvətxorluq və korrupsiya sözlərini hər gün təkrar etməklə, hakimiyyəti oğru adlandırmaqla, ölkəni büsbütün mazuta batan görməklə, pafoslu çıxışlarla xalqı inandırmaq və fəallaşdırmaq mümkün deyil. Mən proqram və fərqliliklərlə xalqın önünə çıxmağın və ona seçim imkanı tanımağın tərəfdarıyam. Əgər xalq liderə və onun proqramına inansa, səsini də qorumaq üçün hərəkətə keçər.

Digər müxalif partiyaların bostanına daş atan AXCP sədri qeyd edib ki, xalq eyni tənqidləri və tutuquşu kimi eyni sözlərin təkrarını eşitməkdən bezara gəlib:

"Elə bu baxımdan biz strategiyanı dəyişmişik və xalqla təmasımız proqramımız və ölkədə hansı dəyişiklikləri görmək istəyimiz müstəvisində qurulur. Kifayət qədər interaktiv təmaslarımız var. İnanıram ki, daha sıx bağlantılar yaratmaq imkanları tükənməyib, xalqı seçkiyə gəlməyə və seçdiyi proqramı dəstəkləməyə inandıra biləcəyik.
Seçkini ölü nöqtədən çıxarmağın daha iki qolu üzərində işləyirik. Birincisi, beynəlxalq aləmin, beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək seçkilərə maraq göstərməsi vacibdir. Əfsuslar ki, bəzən xalqımız onların bir ümidverici sözünü cümlə müxalifətin yüz sözündən daha üstün tutur. Hazırda beynəlxalq aləm susqundur və bunu dəyişmək üçün səylər göstərirəm.

Məsələ burasındadır ki, bizlər Əbülfəz Elçibəy kimi xalqın sevgisinin zirvəsinə qalxa bilməmişik. Onun üçün də yerli siyasətçilərin sözündən daha çox beynəlxalq aləmdən gələn mesaja xalq inanır. Bunun dəyişilməsi üçün xeyli çabalarımız və nəticələrimiz var.

Problem isə ondadır ki, eyni adda iki partiya var, həm mən, həm Əli Kərimli AXCP adına iddia edir, bu da effektiv əlaqələr qurmağa maneçilik törədir. Əslində isə, mənim beynəlxalq aləmlə iş qabiliyyətim və bacarığım yüksək səviyyədədir.

Bir neçə ay ərzində bütün dünyanı dolanıb, elə bir fırtına qopararam ki, qarşısıalınmaz siyasi dalğa yaranar. İnşallah, bunun da bir hüquqi və digər yollarını arayıram və əminəm ki, nəticə olacaq. Məhkəmələrin isə hər iki tərəfi havada saxlaması yolverilməzdir. Mütləq bu məsələnin bir hüquqi çözümü lazımdır.

İkinci çözüm isə, özümüz tərəfindən seçki günü alternativ seçkinin keçirilməsidir. Bu alternativ seçki dediyimiz - seçki ilə “exit-poll” arasında olan bir təsisatdır. Biz seçicilərimizi seçki məntəqələrinə gətiririk, onlar səs verir, çölə çıxan zaman isə bizə səs verməsi ilə bağlı uygun sənədi imzalayır və biz bu nəticələr tanınmazsa, onu BMT səviyyəsinə çıxarırıq.

Bunu necə edəcəyik və BMT-yə necə çıxaracağıq? Bunu sirr kimi saxlayıram ki, önləyici tədbirlər həyata keçirilə bilməsin, amma BMT-də bunun müzakirəyə çıxarılmasına və qərarın da qəbul olunmasına bacarığımız, bilik və savadımız yetər".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR