Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında aksiya keçiriləcək

27-06-2015, 12:52 911 dəfə baxılıb

Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında aksiya keçiriləcək

















Facebook-da xüsusi səhifə açılıb

Tbilisinin Ortaçala rayonunda Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında iyun ayının 27-də Qax rayonunda yerləşən Svyatoy Georgi kilsəsinin keşişi, arximandrit Demetreyə (Tetruaşvili) dəstək aksiyası keçiriləcək.

azinfo.tv gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Arximandrit Demetreni dəstəkləmək üçün Facebook-da “Arximandrit Demetreyə dəstək cəmiyyəti” yaradılıb.

Cəmiyyətin müraciətində əsasən planlaşdırılmış aksiyanın dinc xarakter daşıyacağı və onun əsas məqsədinin arximandrit Demetrenin öz fəaliyyətini davam etdirməsinə vasitəçilik olması qeyd edilir.

İyunun 21-də Azərbaycanın Qax rayonunda yerləşən Svyatoy Georgi kilsəsinin keşişi, arximandrit Demetre Gürcüstandan Azərbaycana qayıdarkən “Laqodexi-Balakən” keçid məntəqəsində saxlanılıb, azərbaycanlı sərhədçilər onun ölkəyə girməsinə izin verməyiblər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR